Mobil versiya
“Nizami” Kino Mərkəzində “İşıqlar sönür” +18 film
Tarix: 22-07-2016 | Saat: 13:23
Bölmə:Media | çapa göndər

“Nizami” Kino Mərkəzində “İşıqlar sönür” +18 film

"Nizami” Kino Mərkəzi iyulun 21–dən ABŞ-ın "Işiqlar sönür” və "Startrek: sonsuzluq” filmlərinin nümayişinə başlayıb.

Erik Hayssererin ssenarisi əsasında rejissor Devid F. Sandberqin çəkdiyi "İşıqlar sönür…” filmi dəhşət və qorxu janrındadır. Filmin yaş həddi 18-dən yuxarıdır.

Dogma yuvasını tərk edən Rebbeka bütün uşağlıq qorxularının geridə qaldığını zənn edir. Balaca olarkən o, işıq söndükdə nəyin real olub ya olmadığından əmin ola bilmirdi. Indi onun şüurunu imtahana çəkən anlaşılmayan dəhşətli hadisələr, kiçik qardaşı Martinlə baş verir. Anaları Sofi ilə sirli bağlantısı olan, bəlli olmayan hədə yenə otraya çıxıb. Amma, bu dəfə Rebbeka sirri açmaq üzrədir – işıq sönən kimi həyatları təhlükə altında olacağına artıq əmindir.
Filmdə rolları Tereza Palmer, Qabriel Beytman, Aleksandr DiPersia, Billi Berk, Mariya Bello, Rolando Boys, Ava Kantrell, Ariel Dupin, Emili Elin Lind, Lotta Losten və başqa aktyorlar canlandırıb.

Saymon Peqqin ssenarisi əsasında, rejissor Castin Linin çəkdiyi "Startrek: sonsuzluq” filmi triller, məcara, döyüş və fantastika janrındadır. Filmin yaş həddi 12-dən yuxarıdır.

Hadisələr beşillik missiya başladıqdan iki il sonra cərəyan edir.

Kapitan Ceyms T.Kirk başda olmağla hərəkət edən "Enterprayz” ulduz gəmisinin ekipajı tanınmayan gəlmələrin qüvvətli və təhlükəli hücümuna məruz qalır. Gəmilərini məhv etdikdən sonra, gəlmələr ekipaj üzvlərini tanınmayan planetdə daha qorxulu düşmənlə üz-üzə qoyurlar.

Rollarda Kris Payn, Zakari Kuinto, Saymon Peqq, Karl Urban, Zoi Saldana, Con Ço, Anton Elçin, İdris Elba, Sofiya Butella və Co Taslim çəkiliblər.
Filmlər haqqında daha ətraflı məlumatı "Nizami” Kino Mərkəzinin "Facebook” səhifəsindən öyrənə bilərsiniz

[media=https://youtu.be/rfIW8qBfpJQ]



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024