Kisida böyük oğlunu nalayiq hərəkətinə görə danlayıb
Tarix: 25-05-2023 | Saat: 15:16
Bölmə:Karusel / Özəl | çapa göndər
Yaponiyanın baş naziri Fumio Kisida hökumət başçısının Tokio iqamətgahında nalayiq davranışına görə böyük oğlu Şotaro Kisidaya sərt irad bildirib. Bu barədə cümə axşamı Tokioda keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib. Gələcəkdə bunun baş verməməsi, iqamətgahdan düzgün istifadə olunması və idarə olunması üçün hər cür səy göstərəcəyik”. Bundan əvvəl həftəlik "Şukan Bunşun" qəzeti yazıb ki, baş nazirin katibi olan oğlu 2022-ci ilin dekabrında hökumət başçısının iqamətgahına 10-a yaxın qohum və tanışını dəvət edib. Onlar Nazirlər Kabineti formalaşdıqdan və imperator tərəfindən təsdiqləndikdən sonra onun üzvlərinin rəsmi fotoşəkilləri çəkilən binanın qırmızı xalçalı ön pilləkənində şəkil çəkdiriblər.
Mətbuatın Kişidanın böyük oğlu ilə bağlı hay-küy salması ilk dəfə deyil. 2023-cü ilin yanvarında Şotaro rəsmi diplomatik avtomobillərdən turizm məqsədləri üçün, eləcə də xaricdə alış-veriş üçün qanunsuz istifadə etməkdə ittiham olunurdu. Yaponiya Xarici İşlər Nazirliyi daha sonra həftəlik qəzetlərin birində yer alan belə bir bəyanatı təkzib etdi. Daha sonra Kisidanın oğlunun baş nazirin katibi kimi bəzi Avropa ölkələrinə səfərində onu müşayiət etməsi və bu səfərlərə dair materiallara aid olan rəsmi fotoşəkillər çəkmək üçün səfirliklərin verdiyi avtomobillərdən istifadə etməsi ilə bağlı açıqlamalar yayılıb.
Qeyd edək ki, Yaponiyanın Baş nazirinin müxtəlif sahələrə nəzarət edən səkkiz rəsmi katibi var.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-11-2024
04-11-2024