Mobil versiya
Azərbaycan XİN İtaliyaya başsağlığı verdi
Tarix: 25-05-2023 | Saat: 10:35
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan XİN İtaliyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İtaliyada baş verən təbii fəlakətlə əlaqədar bu ölkəyə başsağlığı verib.

aia.az xəbər verir ki, bu barədə Azərbaycan XİN "Twitter" hesabında paylaşım edib.

"İtaliyanın Emilia-Romanya regionunda baş vermiş təbii fəlakət nəticəsində həlak olanların və yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk. İtkin düşənlər üçün dua edirik və zərər çəkənlərə şəfa diləyirik. Ürəyimiz İtaliya xalqının yanındadır", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, İtaliyada sel fəlakəti nəticəsində ölənlərin sayı 15-i keçib, 23 minə qədər şəxs evini tərk etmək məcburiyyətində qalıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-04-2024