Prezident İlham Əliyevin Litvaya rəsmi səfəri ölkələrimiz arasında biznes əlaqələrinin inkişafına güclü təkan verəcək
Tarix: 24-05-2023 | Saat: 15:31
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər
Litvaya rəsmi səfəri çərçivəsində Ölkə Prezidenti cənab İlham Əliyev mayın 22-də Vilnüsdə mətbuata bəyanatla etdiyi çıxışında belə bir məqamı xüsusi olaraq vurğuladı ki, Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Həqiqətən də bu gün Azərbaycan və Litva arasında güclü siyasi əlaqələr, ikitərəfli gündəliyə aid müxtəlif məsələlərin həllinə kömək edən siyasi dialoq mövcuddur və bu dialoq konkret nəticələrlə tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar bütün digər sahələrə də öz müsbət təsirini göstərir. Gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində də siyasi səviyyədə olduğu kimi işlər sürətlə gedəcək. Biznes qurumlarının birgə fəaliyyəti ticarət dövriyyəsinin artırılmasına gətirib çıxaracaq. Bu prosesə hər iki tərəfdən çox böyük maraq var və keçən ilin may ayında Litva Prezidenti Nausedanın Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda keçirilmiş Litva-Azərbaycan biznes forumu da iqtisadi əlaqələrin inkişafına böyük töhfə olmuşdu.
Qeyd olunmalıdır ki, cənab Prezident İlham Əliyevin Litvaya səfəri zamanı dövlət başçılarının müzakirə etdikləri vacib məsələlər arasında Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyət, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdikdən sonra yaranmış yeni regional reallıqlar xüsusi yer tutub. Möhtərəm dövlət başçımız bir daha diqqətə çatdırıb ki, Azərbaycan torpaqları 30 ilə yaxın Ermənistanın işğalı altında idi. Bir milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş, ərazilərimizin təxminən 20 faizi işğal altında qalmışdı. İşğal edilmiş ərazilərdə bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən talan edilib və dağıdılıb. Buna baxmayaraq yenə də məhz Azərbaycan sülh çağırışlarını səsləndirməkdədir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək. Sülh anlaşmasının imzalanması qaçılmazdır. Azərbaycan öz tərəfindən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərir. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir. Prezident İlham Əliyev bir daha Azərbaycanın mövqeyini ifadə edərək bildirib ki, biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik. Təəssüflər olsun ki, yalnız Ermənistan indiyə qədər hələ də Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının ilkin olaraq başlanmasına həvəs göstərmir.
Birmənalı olaraq bunu da qeyd etmək lazımdır ki, bu gün həm Azərbaycanın, həm də Litvanın iş adamları ölkələrimiz arasında biznes əlaqələrinin inkişafında son dərəcə maraqlıdırlar. Bu baxımdan cənab Prezident İlham Əliyevin Litvaya rəsmi səfəri çərçivəsində cari ilin 22 may tarixində Vilnüs şəhərində keçirilmiş Azərbaycan-Litva biznes forumu iki ölkə arasında biznes mühiti, sərmayə imkanları barədə məlumatların mübadiləsi xüsusunda və əlbəttə ki, işgüzar əlaqələrin daha da dərinləşdirilməsi geniş imkanlar açacaq. İki ölkə arasında əməkdaşlıq potensialı kifayət qədər böyükdür. O cümlədən ölkələrimiz bərpaolunan enerji sahəsinə yatırımlar baxımından eyni istiqamətdə irəliləyirlər. Bu baxımdan həm Baltik, həm də Xəzər dənizlərində çox böyük külək enerjisi potensialının olması vacib amildir. Azərbaycanda enerji təhlükəsizliyi mövcuddur. Lakin, Azərbaycan ixrac məqsədləri üçün daha çox təbii qaza qənaət etmək və elektrik enerjisinin istehsalı üçün təbiətin günəş və külək enerjilərindən istifadə etmək niyyətindədir. Dövlət başçımız ötən ilin iyulunda Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıqla bağlı Anlaşma Memorandumunu xatırladaraq bildirdi ki, bu sənəd əsasında 2027-ci ilə qədər Avropaya ölkəmizdən təbii qaz təchizatını iki dəfə artırmaq planlaşdırılır. Qeyd olundu ki, 2021-ci ildə Avropaya təbii qaz təchizatı 8 milyard kubmetr olmuşdur, bu il isə 12 milyard kubmetr olacaq və 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılacaq. Avropanın etibarlı təchizatçısı kimi Azərbaycan bu gün nefti, təbii qazı və elektrik enerjisini ixrac edir. Lakin bu heç də son hədd deyil. Ölkəmiz hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac etməyi planlaşdırır.
Qeyd etmək lazımdır ki, Azərbaycan və Litva arasında logistika, şəbəkələr və daşımalarda böyük əməkdaşlıq potensialı var. Dövlət başçımızın dediyi kimi, həm də daşımalar sektoru yalnız tranzit gəlirləri potensialı ilə məhdudlaşmır. Burada, o cümlədən kiçik və orta müəssisələr üçün marşrut boyunca istehsal qurmaq, biznes təmasları yaratmaq, xidmət göstərmək kimi fürsətlər geniş perspektivlər vəd edir.
Bu gün Bakının dəniz limanı infrastrukturuna böyük yatırımlar edilir. Xəzərdə daha çox yük daşıya biləcək əlavə gəmilərin tikintisinə investisiyalar qoyulur. Çox böyük daşımalar imkanları, xüsusən də hazırkı geosiyasi vəziyyətdə əlbəttə ki, əlavə dəyər gətirəcək. Azərbaycanın iqtisadiyyatı sabitdir, münbit investisiya şəraiti var və o, təbii sərvətlərə əsaslanır. Hazırda həyata keçirilən dövlət siyasətinin əsas hədəfi isə iqtisadiyyatın şaxələndirilməsidir. Məhz bu yolla ölkə iqtisadiyyatının enerji sektorundan asılılığı azaldılacaq.
Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024