Aqiyə Naxçıvanlı: “Azərbaycan və Litva arasında ikitərəfli və çoxtərəfli siyasi əlaqələr mövcuddur”
Tarix: 23-05-2023 | Saat: 17:18
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-3 | çapa göndər
“Qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində maraqlı olan Azərbaycan və Litva öz aralarında yüksək səviyyəli dialoq və əməkdaşlıq quraraq, bu əməkdaşlığı inkişaf etdirmək üçün mühüm addımlar atmaqda davam edən ölkələrdir. Bu baxımdan mayın 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Litvaya rəsmi səfəri ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Litva Prezidentləri arasında ikitərəfli əməkdaşlığın regional inkişaf, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı və bir çox digər mühüm məsələlər barədə aparılan müzakirələrin nəticələri də belə deməyə əsas verir ki, əsas istiqamətlərdə ölkələrimizin mövqelərində aşkar yaxınlıq vardır. Azərbaycan və Litva arasında ikitərəfli və çoxtərəfli siyasi əlaqələr mövcuddur. Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin hələ 2007-ci ildə Litvaya rəsmi səfəri zamanı ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin bugünkü formatda inkişafı üçün əlverişli zəmin yaradılmışdı. Belə ki, həmin tarixi səfər çərçivəsində bir çox mühüm sənədlər imzalanmışdı. Onlardan ən əhəmiyyətlisi isə “Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında” birgə bəyannamə idi. Ölkələrimiz arasında imzalanmış sənədlər Azərbaycan-Litva əlaqələrinin daha da inkişaf etdirilməsinə zəmin yaratmış və bu münasibətlərə yeni impuls verən hüquqi bazaya çevrildi. Həmçinin keçən il mayın 18-də Litvanın Prezidenti Gitanas Nausedanın Azərbaycana rəsmi səfəri, eləcə də bu ilin əvvəlində Azərbaycan və Litva Prezidentlərinin Davosda baş tutan görüşləri ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə davamlı inkişaf etdiyini deməyə əsas verir.”
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Öz fikirlərini davam etdirən deputat bildirib ki, Prezident İlham Əliyevin Vilnüsdə mətbuata bəyanatla etdiyi çıxışında bir çox önəmli məqamlara dair ətraflı açıqlamalar təqdim olunub: “İlk növbədə cənab Prezident İlham Əliyev mayın 22-də Vilnüsdə keçirilmiş biznes forumun iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində atılan önəmli addım olduğunu vurğuladı. Qeyd olundu ki, biznes qurumlarının birgə fəaliyyəti ticarət dövriyyəsinin artırılmasına da gətirib çıxaracaq. Bu məqam keçən ilin may ayında Prezident Nausedanın Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda keçirilmiş Litva-Azərbaycan biznes forumunun gedişində də öz təsdiqini tapmışdı. Həmçinin dövlətimizin başçısı Litva Prezidenti ilə regional məsələlərlə bağlı da geniş fikir mübadiləsinin aparıldığını diqqətə çatdırdı. Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir. İkinci Qarabağ müharibəsindən sonra əməkdaşlıq formatını yaratmaq üçün yeni imkanlar ortaya çıxıb. Təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının başlanmasına həvəs göstərmir. Halbuki Ermənistan belə bir formatın yaradılmasında iştirak edərsə Cənubi Qafqazda Baltikyanı ölkələrdəki kimi qarşılıqlı əməkdaşlıq formatını yaratmaq mümkün olar. Bu gün Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır. İkinci Qarabağ müharibəsi qurtaran kimi Azərbaycan açıq şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəkləməyə başladı. Dövlətimiz tərəfindən təklif olunan sülh müqaviləsi beynəlxalq hüququn əsas prinsipləridir, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və tətbiq olunan beynəlxalq təcrübə və davranışlara uyğundur. Azərbaycan bütün əngəllərə baxmayaraq inkişaf və tərəqqi yolunda inamla irəliləməkdə, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini genişləndirməkdə israrlıdır və yaxın müddət ərzində buna tam nail olacaq. Azərbaycan Prezidentinin Qarabağın dirçəldilməsi sahəsində həyata keçirdiyi bütün tədbirlər, imzaladığı sərəncamlar bunun bariz nümunəsidir. Cənab Prezident İlham Əliyevin bəyanatında bu fikir bir daha vurğulandı və Azərbaycanın öz mövqeyində prinsipial və ardıcıl olduğunu təsdiq etdi.”
Daha sonra A. Naxçıvanlı Prezident İlham Əliyevin Azərbaycan-Litva biznes forumunda etdiyi çıxışında da bir çox önəmli məqamlara toxunduğunu bildirərək bunları deyib: “Möhtərəm Prezidentimiz forum iştirakçılarının diqqətinə Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı fikir mübadiləsinin aparıldığını çatdırdı. Qeyd olundu ki, bu istiqamətdə ölkələrimiz demək olar ki, paralel hərəkət edirlər. Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir və yaxın gələcəkdə bu sahədə də ikitərəfli əməkdaşlıq mümkün olacaq. Eyni zamanda ölkələrimiz arasında yeni nəqliyyat-kommunikasiya imkanlarının yaradılması bütün Avrasiya qitəsi üçün son dərəcə əhəmiyyətli addım olacaq. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi ildən-ilə artır və bundan sonra da artacaq. Xəzər dənizini və Cənubi Qafqazı Baltikyanı ölkələrlə birləşdirən nəqliyyat marşrutlarını birgə səylərlə həyata keçirərək, Azərbaycan və Litva bu sahədə də uğurlu əməkdaşlığa nail olacaqlar. Məhtərəm dövlət başçımızın dediyi kimi, müzakirə olunan məsələlərin önəmi bir daha onu göstərir ki, Litva və Azərbaycan strateji tərəfdaşlar kimi uğurla bir-biri ilə əməkdaşlıq edir. Cənab Prezident İlham Əliyevin Litvaya etdiyi bu səfəri isə ikitərəfli əməkdaşlığın inkişafına yeni, güclü təkan verəcək”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər