Mobil versiya
Dəhşətli qəzada ölən gənclər nişan üzüyü almağa gedirmiş
Tarix: 23-05-2023 | Saat: 16:11
Bölmə:Seçki 2024 | çapa göndər

Dəhşətli qəzada ölən gənclər nişan üzüyü almağa gedirmiş

Qobustanda 5 nəfərin öldüyü yol qəzası ilə bağlı bəzi məqamlar məlum olub.

AİA.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, dünən baş vermiş hadisə nəticəsində dünyasını dəyişən iki nəfər – 2000-ci il təvəllüdlü Əmrah Nuriyev və 2006-cı il təvəllüdlü Səmayə Talıbovanın yaxın günlərdə nişan mərasimi olacaqmış. Onlar Bakıya nişan üzüyü almaq üçün gedirmiş.

Qəzada xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Əmrah Nuriyevin anasıdır.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Şamaxı yolunun Qobustan rayonundan keçən hissəsində “Kia” markalı minik avtomobilinin sürücünün idarəetməsindən çıxaraq aşması səbəbindən 5 nəfər ölüb:

1990-ci il təvəllüdlü Məhərrəm Səmədov;

2000-ci il təvəllüdlü Əmrah Nuriyev;


1997-ci il təvəllüdlü Şəbnəm Səmədova;

2006-ci il təvəllüdlü Səmayə Talıbova və bir azyaşlı.


Rəsmi məlumata görə, xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

AİA.Az
Sübhan Məmmədov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024