Ana Sayfa > Parlament > Dəhşətli qəzada ölən gənclər nişan üzüyü almağa gedirmiş
Dəhşətli qəzada ölən gənclər nişan üzüyü almağa gedirmiş23-05-2023, 16:11. Yazar: sevinc1 |
Qobustanda 5 nəfərin öldüyü yol qəzası ilə bağlı bəzi məqamlar məlum olub. AİA.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, dünən baş vermiş hadisə nəticəsində dünyasını dəyişən iki nəfər – 2000-ci il təvəllüdlü Əmrah Nuriyev və 2006-cı il təvəllüdlü Səmayə Talıbovanın yaxın günlərdə nişan mərasimi olacaqmış. Onlar Bakıya nişan üzüyü almaq üçün gedirmiş. Qəzada xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Əmrah Nuriyevin anasıdır. Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Şamaxı yolunun Qobustan rayonundan keçən hissəsində “Kia” markalı minik avtomobilinin sürücünün idarəetməsindən çıxaraq aşması səbəbindən 5 nəfər ölüb: 1990-ci il təvəllüdlü Məhərrəm Səmədov; 2000-ci il təvəllüdlü Əmrah Nuriyev; 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova; 2006-ci il təvəllüdlü Səmayə Talıbova və bir azyaşlı. Rəsmi məlumata görə, xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib. Faktla bağlı araşdırma aparılır. AİA.Az Sübhan Məmmədov Geri dön |