Mobil versiya
KİŞİLƏRƏ ÖZƏL prezervativ seçimi
Tarix: 21-07-2016 | Saat: 12:33
Bölmə:Media | çapa göndər



Cinsi əlaqə əsnasında olduqca əhəmiyyət daşıyan prezervativ seçimi cütlükləri düşündürən mövzulardan biridir. Yanlış prezervativ seçimi, xüsusilə kişilərdə cinsi əlaqə əsnasında hər iki tərəf üçün problem yarada bilər. Aile.lent.az prezervativ seçmənin yollarından bəhs edir.
Bir çox prezervativ düz, güclü bir quruluşa və spermanın toplanması üçün rezervuar uca malikdir. Bu hissənin vəzifəsi spermaların prezervativ içində dağılmasının qarşısını almaq və o nöqtədə toplanmasını təmin etməkdir.
Əvvəlcə prezervativ seçiminiz düzgün olmalıdır. Çünki cinsi əlaqədən gözlədikləriniz prezervativ seçiminizə birbaşa təsir edir. Müxtəlif prezervativ növləri istehsal edən firmalar bu mövzuda istehlakçıya fərqli variantlar təqdim edir.
Prezarvativlərin boyları bir-birindən fərqlidir və penis boyuna görə seçilməlidir. Bütün prezervativlər lazımlı təhlükəsizlik şərtlərini yerinə yetirməlidirlər. Prezervativ seçimlərində növləri də olduqca əhəmiyyətlidir.

Prezervativlər klassik, nazildilmiş, tırtıklı və gecikdiricili olmaqla bir neçə növə bölünür.

Klassik prezervativ:
Klassik prezervativ hamiləlikdən və cinsi xəstəliklərdən qorunmaq məqsədilə istifadə edilir. Digər bütün növləri də eyni məqsədi daşıyır.

Nazildilmiş prezervativ:
Qorunma ilə yanaşı, daha çox hiss üçün istifadə edilən növüdür. Erkən boşalma problemi olan insanların istifadə etməsi məsləhət görülmür. Bu növdə keyfiyyətli bir məhsul istifadə etməniz məsləhətdir.

Tırtıklı prezervativ:
Klassik prezervativ üzərinə tırtık əlavə olunması ilə yaranan növdür. Qadınların alacağı həzzə istiqamətlidir.

Gecikdiricili prezervativ:
Bu cür prezervativlər cinsi əlaqənin daha uzun davam etməsini təmin edir.

Prezervativ bir çox marketdə, kosmetik mağazalarda və əczaxanalarda satılır. Eyni zamanda internetdən sifariş vermək mümkündür.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024