Hamiləlikdə seksin 9 FAYDASI
Tarix: 21-07-2016 | Saat: 12:31
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
Hamiləlik müddətində cinsi əlaqəyə dair bəzi fikirlər cütlüklər arasında qorxuya səbəb olur. Əksər cütlüklər bunun körpəyə ziyan verə biləcəyini düşünür. Mütəxəssislər isə hamiləlikdə cinsi əlaqənin, əksinə, faydalı olduğunu deyirlər. Aile.lent.az hamiləlikdə cinsi əlaqənin 9 faydasını açıqlayır.
Bir çox kişi yanlış inanclar ucbatından “uşağa və anaya zərər verə bilərəm”, – düşüncəsiylə hamilə yoldaşıyla cinsi münasibət yaşamır. Əslində bununla bağlı konkret həkim qadağası yoxdursa, hamiləlikdə cinsi əlaqəyə girmək tamamilə güvənlidir.
1. Hamilələr 9 ay boyunca yuxu problemi yaşaya bilirlər. Xüsusən də tez-tez tualetə getmək ehtiyacı hamiləliyin ilk üç ayında narahatlıq verir. Son üç ayda isə qadın böyümüş qarnına görə rahat yata bilmir. Bəzi qadınlarsa hormonal dəyişikliklərdən qaynaqlanan yuxusuzluq problemi yaşayırlar. Seks bütün bu yuxu problemlərini ortadan qaldıra bilir. Çünkü orqazmdan dərhal sonra prolaktin hormonu ifraz olunur, bu da şəxsin rahatlamış və yuxulu vəziyyətə gəlməsinə yardım edir. Beləcə, hamilə qadın gecə yuxusunu alar və səhər daha enerjili oyanar.
2. Əksər hamilələr bütün gün boyu gecə özünü yatağa atmanın xəyalını qurar, amma günün sonunda yatağa uzananda heç cür rahatlıq tapmazlar. Tez böyüyən uşaqlıq bədəni yükləyir ki, bu da bəzən ağrılara səbəb olur. Amma seks bu ağrıların qarşısını ala bilir. Orqazm sırasında “sevgi hormonu” olaraq bilinən oksitosin ifraz olunur. Bu hormonun isə ağrını əngəlləmə özəlliyi var.
3. Hər kəs immunitet sisteminizi necə gücləndirə biləcəyinizə dair müxtəlif fikirlər söyləyir. Elmi araşdırmalara görə, tez-tez sekslə məşğul olan insanlar daha az xəstələnir. Seks bədəndə xəstəliklərə qarşı savaşan antikorların sayını artırır və bunun sayəsində xəstəliklərdən qorunmuş olursunuz.
4. Bir çox qadın hamiləlik dövründə heç gözləmədiyi anda – öskürəndə, güləndə sidik qaçırır. Sekslə məşğul olmaq pelvik orqan əzələlərini gücləndirməyə yardım edir. Orqazm pelvik əzələlərdə gərilməyə səbəb olur.
5. Hamiləlik boyunca sağlam qidalanmaq qan təzyiqinin normada qalmasını təmin edir. Amma elmi araşdırmalar cinsi əlaqənin də sistolik qan təzyiqinin düşməsində təsirli olduğunu göstərib. Təzyiqin istənilən səviyyədə olması uşağın və ananın sağlamlığı üçün önəmlidir.
6. Yorğunluq hissi və heç cür rahatlanmamaq hamilələrin ruh halına mənfi təsir edir. Orqazm zamanı ifraz olunan endorfin hormonu qadının ruh halının yaxşılaşmasına yardım edir. Bundan başqa, oksitosin hormonu da ana-ata arasında sevgi və yaxınlığı artıraraq, daha xoşbəxt münasibətə zəmin yaradar.
7. Hamiləliyin bəzən stressə səbəb olduğu zamanlar da olur. Orqazm stressə qarşı bir rahatlama qaynağıdır. Oksitosin və endorfin beyindəki həzz mərkəzlərini hərəkətə gətirir, bu da gərginlik, stress və hətta depressiyanın azalmasını təmin edir.
8. Orqazm sırasında çox ifraz olunan oksitosin, eyni zamanda, gərilməyə səbəb olan və dölün uşaqlıq kanalından keçərək dünyaya gəlməsinə kömək olan hormondur. Vücudunuz doğuşa hazırdırsa, cinsi əlaqədə olmaq doğum sancılarının başlamasına zəmin yarada bilər. Uşaqlığın ağzı açılmadığı və dölyanı maye gəlmədiyi müddətcə doğum sancıları zamanı cinsi əlaqəyə girmək tamamilə etibarlıdır, hətta doğuşa faydalıdır. Bir az qəribə səsləndiyi üçün bir çox cütlük bunu sınamağı ağlının ucundan belə keçirməz. Lakin sancı əsnasında cinsi əlaqə doğuşu irəlilədərək, uşağın dünyaya daha tez gəlməsini təmin edə bilər.
9. Hamiləlik müddətində gücləndirilən pelvik orqan əzələləri uşağın doğulmasından sonra ananın daha sürətli sağalmasına yardım edir. Güclü pelvik orqan doğuşu asanlaşdırır, yaxşılaşma müddəti daha az ağrılı olur.
Yenə də həkiminizdən hamiləlik boyunca cinsi əlaqənin sizin üçün güvənli olub-olmadığını mütləq soruşun. Unutmayın, əgər heç bir problem yoxdursa, bu dönəmdə cinsəllikdən uzaq qalmamağınız üçün doqquz səbəbiniz var. Hamiləlikdə bəzi qadınların cinsəlliyə marağı arta, bəzilərində əksinə, azala bilir. Doğru hesab etdiyiniz və sizə rahat gələn nədirsə, onu da edin.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024