Mətbuat Şurası bu başlıqla xəbər yayanlara çağırış etdi
Tarix: 17-05-2023 | Saat: 10:47
Bölmə:Media | çapa göndər
aia.az xəbər verir ki, Ötən gün “Qafqazinfo”da Biləsuvarın Nərimankənd sakininin toyda qəfil vəfat etməsi ilə bağlı məlumat yayımlanıb.
Bəzi Kütləvi İnformasiya Vasitələri isə mərhumun adının Cavanşir Məmmədov olduğunu bəhanə edərək xəbəri müğənni Cavanşir Məmmədovla əlaqələndiriblər. Belə ki, bəzi saytlar ifaçının fotosunu qoyaraq “Cavanşir Məmmədov toyda öldü” başlığı ilə xəbər yayıblar. Bu yetməyərək müğənninin özündən açıqlama belə alınıb.
Halbuki xəbərin mənbəyi olan “Qafqazinfo”da 61 yaşlı kənd sakininin şadlıq saraylarının birində yaxın qohumunun toy mərasimində çıxış edərkən halının pisləşdiyi, anidən yerə yıxılaraq vəfat etdiyi qeyd olunurdu.
Sözügedən hadisədən sonra Azərbaycan Mətbuat Şurasının Etika Komissiyası bu gün açıqlama yayıb və belə təhrifin peşəkar jurnalistika prinsiplərinə zidd olduğu bildirilib: “Dünən bəzi xəbər saytlarında "Cavanşir Məmmədov toyda çıxış edərkən qəfil öldü" başlığı ilə xəbər yayımlanıb. Oxucular isə ilk baxışdan söhbətin müğənni Cavanşir Məmmədovdan getdiyini düşünüb. Təbii ki, bu da haqlı olaraq müğənni və onun yaxınları tərəfindən narahatlıq və narazılıqla qarşılanıb.
Əslində isə xəbərdə söhbət Biləsuvar rayon Nərimankənd kənd sakini, 1962-ci il təvəllüdlü Cavanşir Məmmədov adlı şəxsdən gedir. Mərhuma Allahdan rəhmət diləyirik.
Bunu deməyi vacib hesab edirik ki, belə yanıldıcı və manipulyativ başlıqlarla oxucunu aldatmaq cəhdləri uğursuz manevrdir. Çünki xəbərin sərlövhəsinə aldanan oxucuda həmin başlığı yayan sayta və ümumilikdə mətbuata inamsızlıq yaranır. Təəssüf ki, bu cür hallar peşəkar jurnalistikaya ciddi zərbə vurur.
Yaxşı olar ki, bu cür yanıldıcı başlıqlarla xəbər yayan mətbuat orqanları İP qazanmaq üçün belə ucuz, qeyri-peşəkar yollara əl atmasın və oxucuları daha ciddi xəbərlər, gərəkli araşdırmalar, reportajlarla cəlb etməyə çalışsın”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024