Ağcaqanadların sevdiyi qan qrupu
Tarix: 21-07-2016 | Saat: 12:01
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
Yay xoş havası və təbiəti ilə bizi sevindirir. Bu mövsümdə müxtəlif istirahət növləri olsa da, harada dincəlməyinizdən asılı olmayaraq, kefimizə soğan doğrayan ağcaqanad və milçəklər mütləq tapılacaq. Məhz bu həşaratlar isti yay günlərində bəzi insanların gününü daha çox qara edir. Yəqin ki, çoxlarınız müşahidə etmisiniz ki, bəzi insanlar ağcaqanadların hücumuna daha çox məruz qalır. Bəziləri isə ağcaqanad sancmasından ümumiyyətlə şikayətlənmir. Bəs bunun səbəbi nədir?
Yaponiyada aparılan araşdırmada məlum olub ki, ağcaqanadlar ən çox birinci qan qrupunu sevir. Alimlər ağcaqanadların birinci qan qrupunu seçməsini bu qan qrupunun daha dadlı olması ilə izah edir.
ABŞ-da aparılan başqa bir araşdırmada isə ağcaqanadların pivə içən insanları daha çox sancdığı göstərilib. Araşdırmada o məlum olub ki, ağcaqanadlar gecələr digər vaxtlardan 500 qat daha hərəkətli olur. Dolayısı ilə ağcaqanadlar qan ovuna gecələr çıxır.
Ayaq qoxusu
Ağcaqanadlar ayaq qoxusuna qarşı da çox həssas olur. Alimlərin apardığı tədqiqatda ağcaqanadların orqanizmdə ən çox ayaq qoxusuna gəldiyini, lakin ayaqlar lavanda, rozmarin tərkibli sabunla yuyulduğu zaman ağcaqanadların həmin adamdan uzaqlaşdığı məlum olub.
Hamilə qadınlar da əsas hədəfdir
Digər qadınlarla müqayisədə hamilələr ağcaqanad sancmasına daha çox məruz qalır. Tədqiqatçılara görə, hamiləliyin son mərhələlərində olan qadınların nəfəs vermə nisbəti 21 faiz artır və nəfəsdəki rütubət, karbondioksid ağcaqanadları özünə çəkir. Hamilə qadınların qarın nahiyəsində təxminən 1 dərəcəlik daha yüksək hərarət olduğundan bu, orqanizmin tər yoluyla ağcaqanadlara cəlbedici edən maddələr ifraz etməsinə yol açır.
Qara və qırmızı geyinməyin
Nəfəs verərkən havaya buraxılan karbondioksid və tər laktik turşu kimi maddələr ağcaqanadların ovunu daha asan tapmasına yardım edir. Buna görə də idmanla məşğul olanların sancılma riski daha yüksəkdir. Florida Univertitetinin professoru Bart Knolsun tünd rəng paltar geyənlərin açıq rəng geyinənlərlə müqayisədə ağcaqanadları daha çox cəlb etdiyini qeyd edib. Ağcaqanadları ən çox cəlb edən rəng qara və qırmızı, ən az cəlb edən rəng isə sarıdır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024