Mobil versiya
Ərdoğan seçkilərdən sonra Azərbaycana gəlmək niyyətindədir
Tarix: 13-05-2023 | Saat: 14:01
Bölmə:Manşet / Siyasət | çapa göndər

Ərdoğan seçkilərdən sonra Azərbaycana gəlmək niyyətindədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsindəki prezident və parlament seçkilərindən sonra Azərbaycana gəlmək niyyətindədir.

Türkiyə lideri bunu TRT, “A Haber”, NTV, “CNN Türk”, “24 TV”, “Ülke TV”, “Tvnet”, “Haber Türk”, “TV100”, “Haber Global”, “TGRT Haber”, “Bengi Türk” və “Akit TV”nin birgə efirində jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.

“Seçkilərdən sonra ilk addım qardaş, dost ölkələrə səfər etməkdir. Bütün gücümüzü zəlzələ bölgələrində aparılan quruculuq və abadlıq işlərinə sərf edəcəyik. Azərbaycan, Şimali Kipr kimi səfər edəcəyimiz ölkələr var”, - deyə Türkiyə lideri vurğulayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-06-2025