Mobil versiya
"Oliqarxlara məxsus obyektlərdə görməməzliklə rastlaşırıq" - Deputat
Tarix: 12-05-2023 | Saat: 12:38
Bölmə:Siyasət | çapa göndər

"Oliqarxlara məxsus obyektlərdə görməməzliklə rastlaşırıq" -

"İnsan alverlərindən biri olan məcburi əməyə cəlb etmənin aqrar sektorda olması göstərilir. Amma müxtəlif sektorlarda, xidmət sahələrində, məsələn, marketlərdə, avtoyuma və təmiri yerlərində uşaq əməyindən, eləcə də müqaviləsiz işləyən çoxsaylı insanların şahidi oluruq".

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Etibar Əliyev deyib.

O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq strukturları bu istiqamətdə fəaliyyətini gücləndirməlidir.

"Fərdi sahibkarların obyektlərində bu cür halları görəndə sərt münasibət sərgilənir, amma oliqarxlara məxsus obyektlərdə görməməzliklə rastlaşırıq", - deyə deputat qeyd edib./unikal

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-06-2025