Mobil versiya
Türkiyənin Azərbaycandakı səfiri: “Xalqın iradəsi seçkilərin nəticəsini müəyyənləşdirəcək”
Tarix: 05-05-2023 | Saat: 09:39
Bölmə:Siyasət | çapa göndər

Türkiyənin Azərbaycandakı səfiri:

“Xalqın iradəsi seçkilərin nəticəsini müəyyənləşdirəcək”.

aia.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı mayın 5-də səsvermədən sonra jurnalistlərə açıqlamasında deyib.

O, seçkilərin şəffaf keçəcəyinə əminliyini bildirib: “Seçicilər həm də Gəncə və Naxçıvanda səs verə bilərlər. Proses mayın 7-dək davam edəcək”.

Qeyd edək ki, bu gün Azərbaycandakı Türkiyə vətəndaşlarının prezident və parlament seçkiləri üzrə səsverməsi başlayıb. Mayın 5-də Bakı vaxtilə səhər saat 09:00-dan etibarən seçki məntəqələri açılıb.

Qardaş ölkə vətəndaşlarının səsverməsi üçün Azərbaycanda 15 seçki məntəqəsi yaradılıb. Onlardan 9-u Bakıda yerləşir. Bundan başqa, Türkiyə vətəndaşları Naxçıvan və Gəncədə də səs verə bilirlər.

Səsvermə bütün ünvanlarda mayın 7-si saat 21:00-dək davam edəcək./report

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-06-2025