Mobil versiya
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecdə "Sən elə bir zirvəsən" adlı tədbir keçirilib -Fotolar
Tarix: 04-05-2023 | Saat: 19:18
Bölmə:Seçki 2024 | çapa göndər

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecdə "Sən elə bir zirvəsən" adlı tədbir keçirilib

Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev ili" elan olunması ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq, Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecin təşkilatçılığı ilə "Sən elə bir zirvəsən" adlı tədbir keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Rafael Nəsirov, kollecin direktoru Barxudar Barxudarov və müəllim kollektivi iştirak edib.
Öncə tədbir iştirakçıları şəhərin mərkəzi meydanında ucalan Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq abidə önünə gül dəstələri düzüblər. ​
Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Kollecin direktoru filologiya üzrə fəlsəfə doktoru Barxudar Barxudarov çıxış edərək, 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev ili" elan edilməsinin Ümummilli liderin əziz xatirəsinə ehtiramın ali nümunəsi olduğunu bildirib. Ulu öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş hər bir tədbirin dünya şöhrətli siyasətçi və dövlət xadiminin siyasi fəaliyyətinə bir daha nəzər salınması, onun ideyalarının təbliği və gənc nəsillərə ötürülməsi baxımından əhəmiyyətini xüsusi vurğulayaraq, dövlət müstəqilliyimizin möhkəmləndirilməsində misilsiz xidmətləri olmuş, xalqımızın xilaskarı, dahi lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərdən danışıb.
Şirvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Rafael Nəsirov Ulu öndərin bütün fəaliyyətinin gənclər üçün örnək olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Dahi şəxsiyyət gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi.
Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan xalqın təkidli ilə Heydər Əliyevin hakimiyyətə qayıdışından, Yeni Azərbaycan Partiyasının yaranmasından, qısa müddətdə ictimai-siyasi sabitliyin formalaşmasından ​ bəhs edib.
Sonra Kollecin xor kollektivi Ulu öndərə həsr olunmuş mahnılar ifa ediblər.
Tədbirdə kollecin tələbələrinin hazırladığı Ulu öndərə həsr olunmuş videoçarxlar nümayiş etdirilib. Sonda tələbələrin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib, xatirə şəkili çəkilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024