Mobil versiya
Buxarest Milli Opera Teatrında böyük uğur
Tarix: 02-05-2023 | Saat: 11:57
Bölmə:Seçki 2024 | çapa göndər

Buxarest Milli Opera Teatrında böyük uğur

Rumıniyanın Buxarest Milli Opera Teatrında dahi italyan bəstəkarı Cüzeppe Verdinin ilk yazdığı əsərlərdən biri olan məşhur “Nabukko” operasının möhtəşəm ifası gerçəkləşmişdir.

Buxarest Opera Teatrının tarixində ilk dəfə olaraq əsərə azərbaycanlı dirijor rəhbərlik etmişdir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Respublikanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev tərəfindən ifa olunan əsər rumın dinləyiciləri tərəfindən böyük maraqla qarşılanmışdır. Əsərdə baş rollar Buxarest Opera Teatrının solistləri tərəfindən təqdim olunmuşdur - Madelen Pasku (Abiqayl), Luçian Petrean (Nabukko), Marius Boloş (Zaxariya), Oana Andra (Fenena), Andrey Petre (İzmail) və digər tanınmış müğənnilərin ifası sürəkli alqışlarla qarşılanmışdır. Tamaşada teatrın simfonik orkestri, xor və balet heyəti də yer almışdır.

Operanı dinləməyə gələn qonaqlar sırasında Rumıniyanın tanınmış elm və sənət xadimləri ilə bərabər məşhur incəsənət nümayəndələri də var idi. Həmçinin, Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin əməkdaşları da gecəyə qatılaraq iştirakçılara dəstək olmuşlar. Tamaşanın sonunda yerli dinləyicilər azərbaycanlı dirijor və rumın opera müğənnilərini ayaq üstə alqışlamışlar. Operanın ifasından sonra Buxarest Milli Opera Teatrının direktoru, tanınmış dirijor Daniel Jinqa ilə Azərbaycan Dövlət Opera Teatrının musiqi rəhbəri Əyyub Quliyev arasında görüş keçirilmişdir. Görüş də Rumıniyanın mədəniyyət naziri Luçian Romaşkanu da iştirak etmişdir.

Qeyd etmək lazımdır ki, bu ilin fevral ayında Buxarestin Milli Opera Teatrının rəhbərliyinin Bakıya rəsmi səfəri zamanı iki opera teatrı arasında qarşılıqlı əməkdaşlıq barədə saziş imzalanmışdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024