Mobil versiya
Prezident: “Keçirilən referendum Özbəkistanın hərtərəfli inkişafı istiqamətində mühüm addımdır”
Tarix: 01-05-2023 | Saat: 14:54
Bölmə:Siyasət | çapa göndər

Prezident:

“Özbəkistanda keçirilən referendum qardaş ölkənin hərtərəfli inkişafı və demokratiyanın möhkəmlənməsi istiqamətində mühüm addımdır”.

aia.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Özbəkistanın “Uzavtosanoat” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Uluqbek Rozukulovu qəbul edərkən söyləyib.

Referendumun uğurla keçirilməsi münasibətilə Prezident Şavkat Mirziyoyevə təbriklərini çatdırmağı xahiş edən dövlətimizin başçısı bunu Özbəkistan Prezidentinin həyata keçirdiyi kursa xalqın göstərdiyi etimad kimi səciyyələndirib.

Prezident İlham Əliyev özbəkistanlı həmkarı ilə keçirilən görüşlər zamanı əldə olunmuş razılaşmaların, o cümlədən avtomobil istehsalı sahəsində həyata keçirilən işlərin ölkələrimiz arasında əməkdaşlığın genişlənməsi baxımından önəmini vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024