Mobil versiya
Cəbrayıl rayonunda “Heydər Əliyev İli” çərçivəsində növbəti tədbir keçirilib -Fotolar
Tarix: 27-04-2023 | Saat: 17:14
Bölmə:Seçki 2024 | çapa göndər

Cəbrayıl rayonunda “Heydər Əliyev İli” çərçivəsində növbəti tədbir keçirilib

aia.az xəbər verir ki, YAP Cəbrayıl rayon təşkilatında “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində aprelin 27-də YAP Cəbrayıl rayon təşkilatı Biləsuvar rayonunda Cəbrayıl rayon sakinlərinin müvəqqəti məskunlaşdığı 4 saylı qəsəbənin klubunda“Heydər Əliyev irsi Azərbaycanın milli sərvətidir!” mövzusunda tədbir keçirib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi və şəhidlər abidə kompleksi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla anılıb.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev bildirib ki,Müasir müstəqil Azərbaycanın memarı və qurucusu-Böyük Azərbaycanlı,Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyini Respublikamızın hər yerində,bizə dost olan xarici ölkələrdə qeyd edir.Ulu öndərin rəhbərlik dövrü Azərbaycan xalqının tarixi yaddaşına Heydər Əliyev epoxası kimi daxil olmuşdur.Bu epoxa Azərbaycanın inkişaf arxitekturasının ən şərəfli səhifələrindən biridir.Hazırda beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qeyd edilən tarixi Zəfərimiz ulu öndərin fəaliyyətinin bəhrələridir.Bu dövrün ən böyük uğuru odur ki,Azərbaycan son 32 ildə dövlət müstəqilliyini qoruyub saxlaya bilmiş,onu möhkəmləndirmiş və inkişaf etdirmişdir.Bu qısa zaman kəsiyində Azərbaycan nəinki inkişafın ən düzgün istiqamətlərini müəyyən etmiş,hətta aparıcı ölkələrin böhran yaşadığı bir dövrdə,böhrandan öndə olmağın milli modelini formalaşdıra və dünyaya təqdim edə bilmişdir.
YAP Veteranlar Şurasının üzvü Əli Həsənov öz çıxışında bildirib,“Heydər Əliyev unikal bir şəxsiyyət idi. O, Azərbaycan dövlətini və xalqını sevməyin əsl nümunəsini ortaya qoymuş ən böyük azərbaycanlı idi. Heydər Əliyevin ölkəyə rəhbərlik etməsi faktı isə dövlət idarəçiliyinin fenomenal nümunəsini ortaya qoydu. Heydər Əliyev elə bir dahi siyasətçi idi ki, Onun düşüncələri ölkə sərhədlərini aşaraq, qlobal səviyyəli idarəçiliyin qurulması qüdrətində idi. Ümummilli lider xarizmatik bir siyasətçi idi və Onun siyasi rəhbərlik nümunəsi nəinki, həmin dövrün insanları, hətta gələcək nəsillər üçün də örnəyə çevrildi.Sonra Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxış edərək qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb.
O, qeyd edib ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə hakimiyyətlə xalq arasında olan sıx bağlılığın nəticəsində ölkəmiz hərtərəfli inkişaf edib.Sonra rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov çıxış edərək Ulu Öndərin həyat və yaradıcılığından,Azərbaycanın gələcəyindəki mühüm rolundan geniş danışdı.Sonra Cəbrayıl rayon 1 nömrəli tam orta məktəbin direktoru Şahnazxanım Şükürzadə çıxış etdi
Tədbirdə Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.Sonra Əli Həsənova 75 illik yubleyi və Azərbaycan Respublikası Prezidentinin “Şərəf” ordeni ilə təltif edilməsi münasibətilə YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev xüsusi təbrik ünvanlandırdı.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri diplom,fəxri fərman və təşəkkürnamə ilə təltif edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024