Mobil versiya
İnsan alveri ilə necə mübarizə aparmalı? - FOTOLAR
Tarix: 14-07-2016 | Saat: 12:40
Bölmə:Gündəm | çapa göndər

İnsan alveri ilə necə mübarizə aparmalı? - FOTOLAR

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-na Dəstək Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “İnsan alveri ilə mübarizə sahəsində fəallığının artırılması üçün məlumatlandırma kampaniyası və qurbanlara hüquqi yardımın təşkili” layihəsinin icra planına uyğun olaraq Balakən rayonunun Gənclər evində rayonun fəalları arasında İnsan alveri ilə mübarizə sahəsində məlumatlığın artırılması məqsədi ilə maarifləndirmə tədbirini həyata keçirib.

big.az xəbər verir ki, tədbirdə ekpert Gülayə Səfərova layihənin rəhbəri Aftandil Rəsulov jurnalist Afət Rahilqizi gənclərlə iş şöbəsinin rəhbəri Cavidan Rəsulov və hüquqşünas Afaq İsmayilova tərəfindən iştirakçılara cinayətkarlar tərəfindən insanları insan alverinə necə cəlb etmələri, insanların özlərini bu bəladan qoruma yolları, bu sahədə fəaliyyət göstərən dövlət qurumları və onların qaynar xətt xidmətləri barədə məlumat verildi.

Tədbirdə rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, bələdiyyələrin, təhsil işçilərinin, səhiyyə işçilərinin nümayəndələri, o cümlədən mədəniyyət və turizm şöbəsinin işçiləri də iştirak etdi.

Mövzu ilə bağlı tədbir iştirakçılarından rayon İcra Hakimiyyətinin nümayəndəsi Fariz Nəcəfov, klub sədri Sarxan Hacıyev, Mərkəzi kitabxananın işçisi Tünzalə Abdullayeva və orta məktəb müəlliməsi Zümrüd Əliqayeva öz dəyərli fikirlərini bölüşüb təkliflərini verdilər.






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024