Mobil versiya
Nəticə etibarilə Ermənistan bizim yanaşma ilə razıdır
Tarix: 22-04-2023 | Saat: 15:06
Bölmə:Seçki 2024 | çapa göndər

Nəticə etibarilə Ermənistan bizim yanaşma ilə razıdır

Erməni vəhşiliyinə, işğala baxmayaraq Azərbaycan Ermənistana sülh təklif etmişdir və müəyyən prinsiplər ortaya qoymuşdur. Bu prinsiplər beynəlxalq hüququn norma və prinsiplərinin təməl prinsipləridir. Ermənistan tərəfinin mövqeyində son iki il ərzində müxtəlif dəyişikliklər olub. Bu da o deməkdir ki, Ermənistan bizim yanaşma ilə razıdır. Fikrimcə məhz bu prinsiplər üzərində ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və digər prinsiplər əsasında danışıqlar mümkündür. Keçən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistanın Azərbaycan ilə Ermənistan arasında sərhədlərin 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmasını qəbul etməsi Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul etməsi deməkdir. Qarabağ bizim daxili işimiz olduğu üçün onun hər hansı bir ölkə ilə müzakirəsi doğru deyil. İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində Ermənistan, onun havadarları və eyni zamanda, ona dəstək verənlər bizim iradəmizi, gücümüzü əyani şəkildə görüblər. Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində, eyni zamanda, Rusiyanın müvəqqəti qaydada yerləşdirilmiş sülhməramlı qüvvələrinin nəzarətində olan bölgədə önəmli hadisələr baş vermişdir. Düşünürəm ki, biz bu torpaqların sahibi olduğumu dəfələrlə sübut etmişik. Bir neçə gün öncə Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycanın Dövlət Bayrağı yandırıldı. Əlbəttə ki bu Ermənistan hökumətinin növbəti çirkin əməlidir. Hadisəni törədən şəxsin Ermənistan hakim dairələrinin yüksəksəviyyəli şəxsləri ilə birbaşa təmasda olması və həmin şəxsə heç bir cəza verilməməsi bunu deməyə əsas verir. Lakin bu gün Azərbaycan Bayrağı Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda və yüzlərlə kənddə, Zəngəzur dağlarında dalğalanır. Belə düşünürəm ki, Ermənistan artıq Qarabağın Azərbaycanın olduğunu bildirməlidirlər. Orada yaşayan ermənilər isə başqa yaşayış yerlərinə kököçməlidirlər. Əgər köçmək istəməyib orda yaşamaq istəyirlərsə, Azərbaycan vətəndaşlığını qəbul edib yaşamağa davam edə bilərlər. Hal-hazırda hər kəsin istədiyi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır. İşğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması naminə aparılan işlər eyni zamanda öz doğma torpaqlarına qayıtmaq arzusunda olan vətəndaşlarımızın rifah halının yaxşılaşdırılmasına xidmət edəcəkdir. İlk növbədə, işğaldan azad edilmiş şəhər və rayonların baş planlarının hazırlanması, infrastruktur layihələrinin formalaşması, rayonların iqtisadi əmək, təbii resurslarından səmərəli istifadəsini nəzərdə tutan məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi sxeminin hazırlanması məsələləri diqqət mərkəzində olacaqdır. Bu məqsədlə hazırlanan layihələr mərhələli şəkildə uğurla həyata keçirilir.

Çiçək Sultanlı Maarif qızı
Azərbaycan Dövlət Pedaqoji Universiteti





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024