Mobil versiya
“Salyanda açılan “ASAN xidmət” mərkəzi, sayca 25-ci mərkəzdir.”
Tarix: 22-04-2023 | Saat: 15:02
Bölmə:Özəl | çapa göndər

“Salyanda açılan “ASAN xidmət” mərkəzi, sayca 25-ci mərkəzdir.”

“ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır.”ASAN xidmət” mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir. Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur.   “ASAN xidmət” mərkəzlərinin yaradılmasında məqsəd vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması;vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması;peşəkarlıq səviyyəsinin artırılması;dövlət strukturlarına etimadın daha da gücləndirilməsi;şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi;elektron xidmətlərdən daha geniş istifadə olunması;bu sahədə aparılan institusional islahatların səmərəliliyinin artırılması.
“ASAN xidmət” sistemi bu gün dünyada Azərbaycan brendi kimi tanınır və respublikamızda uğurla fəaliyyət göstərir, bu mərkəzlərdə xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. Respublika üzrə sayca 25-ci olan Salyan regional “ASAN xidmət” Mərkəzində videomüşahidə kameraları, monitorlar, kompüterlər, printerlər, iki lift, iki eskalator, yanğınsöndürmə, mərkəzləşdirilmiş havalandırma və istilik sistemləri, çiller, generator, UPS, 22 ədəd “ASAN ödəniş” terminalı, elektron şikayət köşkü (Skype), iki elektron rəy sorğusu (exit poll) köşkü, Çağrı mərkəzinə zəng köşkü quraşdırılıb. Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyun ayından etibarən 2 milyon 783 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib.
Dövlət Agentliyi öz fəaliyyəti çərçivəsində 16 ölkə və 2 beynəlxalq təşkilatla müqavilə imzalayıb.Həmçinin bir neçə ölkədən “ASAN xidmət” təcrübəsinin öz ölkələrində tətbiqi ilə əlaqədar müraciətlər daxil olub. Hazırda danışıqlar davam etdirilir.Çağrı Mərkəzi əhalinin "ASAN xidmət" və “ASAN Kommunal” mərkəzlərində göstərilən xidmətlər barədə suallarının vaxt itirmədən, xidmət mərkəzlərinə getmədən, operativ şəkildə cavablandırılması, onların göstərilən xidmətlər barədə məlumatlandırılması və rastlaşdıqları hüquqpozmalar barədə müraciət etmələri məqsədilə yaradılmışdır.Çağrı Mərkəzinin xidmətlərindən istifadə etmək üçün Respublikanın istənilən regionundan stasionar telefonlardan ödənişsiz, mobil operatorlardan isə ödənişli olaraq 108 nömrəsini yığa bilərsiniz.  
Çağrı Mərkəzinin fəaliyyəti barədə irad və təkliflərinizi elektron poçt ünvanı, 108 Çağrı Mərkəzi, onlayn əlaqə, “ASAN xidmət” mərkəzinin rəsmi feysbuk, instaqram səhifələri, videoqəbul vasitəsi ilə bildirə bilərsiniz.Çağrı Mərkəzi bazar ertəsi - cümə günləri saat 09:00-dan 18:00-dək canlı iş rejimində, bayram və istirahət günlərində isə 24 saat avtomatlaşdırılmış rejimdə səsli məlumatlandırma sistemi vasitəsilə xidmət göstərir.
Əsasən Salyan, Neftçala, Biləsuvar, Şirvan rayonlarında qeydiyyatda olan ümumilikdə 426 min 600 vətəndaşa xidmət edəcək mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək.Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox xidmət həyata keçiriləcək.Burada çalışacaq əməkdaşların ümumi sayı 205, könüllülərin sayı 45 nəfər nəzərdə tutulur.Mərkəzdə üzərində xüsusi QR kodlar əks olunan məlumat tabloları yerləşdirilib. QR kodları oxudaraq asan.gov.az saytına keçid etməklə "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərinin, yashat.gov.az portalına keçid etməklə isə "YAŞAT" Fondunun fəaliyyəti barədə asanlıqla məlumat əldə etmək mümkündür.

Aidə Məhərrəmova
ADPU,.YAP üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024