Ermənilər bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər
Tarix: 22-04-2023 | Saat: 14:57
Bölmə:Özəl | çapa göndər
Bayraq - bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır.
Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.
Bayraq mənliyimizdir. Bayraq kimliyimizdir. Bayraq qürur mənbəyimizdir. Vətənimizin, doğma yurdumuzun ən müqəddəs rəmzidir.Bayrağımıza olan sevgimiz dillərə dastandır. Ona edilən hörmətsizlik bizə ən böyük təhqirdir. Bağışlanılmaz bir hərəkətdir. Bayrağımızı yandırmaq isə ermənilərin etdiyi ən böyük səhvlərdəndir. Ermənistan həddini aşdığını, necə amansız,insafsız olduğunu hər addımında göstərir.İllər boyu etdikləri az deyilmiş kimi durmadan özlərini alçatmağa davam edirlər.
Bu gün Azərbaycan Bayrağı Qarabağda dalğalanır. Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda və neçə-neçə kənddə, yüzlərlə kənddə Azərbaycan Bayrağı dalğalanır. Bu gün Azərbaycan Bayrağı Zəngəzur dağlarında dalğalanır.” Şərqi Zəngəzurun və Qarabağın bərpası dövlətimizin əsas diqqətində olan məsələlərdəndir. Hazırda həmin ərazilərdə sistemli və ardıcıl şəkildə abadlıq-quruculuq işləri həyata keçirilir. Əsas hədəf sakinlərin tez bir zamanda ata-baba yurduna qayıtması, orada məskunlaşması və xoşbəxt yaşamasıdır. Bunun üçün dövlətimiz bütün zəruri addımları atır.
Ermənilər Azərbaycanın gücünü çox yaxşı dərk ediblər.Onlar bilirlər ki, bu gün Qarabağda dalğalanan bayrağımız sabah onların başı üzərində dalğalana bilər.
Çünki, Azərbaycan çox güclü bir ölkədir.Onun hər şeyi vardır.İgid və vətənpərvər oğulları,güclü ölkə başçısı olan ölkə nədən qorxa bilər ki ?
Min illər boyu azərbaycanlılar həmin coğrafiyada dünya mədəni irsinin nadir nümunələrini yaradıblar. Təəssüf ki, 1828-ci ildə Rusiya ilə İran arasında bağlanmış Türkmənçay və 1829-cu ildə Rusiya ilə Osmanlı dövləti arasında imzalanmış Ədirnə müqavilələrinə əsasən, İrandan və Osmanlıdan yüz minlərlə erməni Cənubi Qafqaza gətirilərək çar Rusiyası tərəfindən o vaxt işğal olunmuş Azərbaycan torpaqlarında, o cümlədən indi Ermənistan adlanan İrəvan xanlığı ərazisində məskunlaşdırılıb. Elə həmin vaxtdan gəlmə ermənilər tərəfindən yerli azərbaycanlıların sıxışdırılıb çıxarılması, tarixi Azərbaycan torpaqlarında azərbaycanlıların etnik təmizlənməsi, azərbaycanlılara məxsus mədəni irsin erməniləşdirilməsi, erməniləşdirilməsi mümkün olmayanların yer üzündən silinməsi prosesi başlanıb. Bu proses dünyanın gözü qarşısında 200 il davam edib və bu 200 il ərzində ermənilər tərəfindən Azərbaycan mədəni irsinə qarşı tarixdə analoqu olmayan vəhşiliklər törədilib.
Ermənilərin son 200 ildə Qərbi Azərbaycan ərazisində mədəni irsimizə qarşı hansı vəhşilikləri törətdiklərini aydın təsəvvür etmək üçün 44 günlük Vətən Müharibəsi nəticəsində 30 illik işğaldan azad olunmuş kənd və şəhərlərimizin vəziyyətinə baxmaq kifayətdir. 30 il ərzində ermənilər bu ərazilərdəki bütün tarixi, mədəni, dini, mülki tikililəri yer üzündən siliblər. Ermənilər bunu 30 il ərzində ediblərsə, təsəvvür edin ki, 200 il ərzində indiki Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinə qarşı hansı vandallıqları törədiblər.
Bizim şüarımız “Qarabağ Azərbaycandır” ,lakin bununla yanaşı əminliklə deyə bilərik ki, “Zəngəzur, Göyçə, İrəvan və bütün Qərbi Azərbaycan mahalları Azərbaycandır!” . Bu danılmaz faktdır.Ermənistan özüdə bunu yaxşı bilir.Ona görə də addımlarını düzgün atsınlar.O yandırdıqları Azərbaycan bayrağını bir gün gözlərini açıb öz başları üzərində görə bilərlər.
Rəna Baxşəliyeva,
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024