Mobil versiya
Qəhrəmanlıq haqqında roman -Fotolar
Tarix: 20-04-2023 | Saat: 16:14
Bölmə:Seçki 2024 | çapa göndər

Qəhrəmanlıq haqqında  roman

Dağlar diyarı Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi və Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı- publisist Etibar Muradxanlının 44 günlük İkinci Qarabağ müharibəsində Vətən torpaqları uğrunda qan töküb şəhidlik zirvəsinə ucalan igidlərimizə və qazilərimizə həsr etdiyi “İlin beşinci fəsli” kitabının təqdimat mərasimi keçirildi. Rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə Lerik Rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov  kitab və müəllifi haqqında ətraflı danışdı.
Mərasimdə söz Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov veriləndə o, bildirdi ki, Zəfər tariximizi yazan şanlı Azərbaycan Ordusunun igid əsgər və zabitlərin döyüş yolundan bəhs edən bu romanın gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində önəmli rol olacaqdır.
Digər natiqlər- Azərbaycan Yazıçılar Birliyinin üzvləri şair Ağacəfər Həsənli, tənqidçi-ədəbiyyatşünas Əsəd Cahangir, şair Vəli Qaraçaylı, şair Balayar Sadiq, şair Xanlar Həmid, ziyalı Hüseynbala Əliyev, şəhid ataları Rəbbil Heydərov, Hüseynverdi Rəhmətov və Mükafat Yaqub öz çıxışlarında “İlin beşinci fəsli” romanının sənədlər və faktlara əsaslanan, təsirli  döyüş səhnələrini özündə yaşadan bir qəhrəmanlıq salnaməsi olduğunu dedilər.
Kitabın müəllifi Etibar Muradxanlı təqdimat mərasiminin təşkilatçılarına razılığını bildirdi, kitablarına imza ataraq oxuculara hədiyyə etdi.
Tədbir məktəblilərin ifasında Vətəni, şəhidləri tərənnüm edən mahnı və şerlərlə tamamlandı.

Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (tədbir iştirakçısı)






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024