Mobil versiya
Azərbaycan tərəfindən danışıqlarla bağlı irəli sürülmüş təşəbbüslər bu gün əsas amildir
Tarix: 20-04-2023 | Saat: 15:41
Bölmə:Seçki 2024 | çapa göndər

Azərbaycan tərəfindən danışıqlarla bağlı irəli sürülmüş təşəbbüslər bu gün əsas amildir

Möhtərəm Prezident İlham Əliyev müsahibəsində Ermənistanın razılaşmalara əməl etmədiyini, qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini xatırladıb.İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində Ermənistan, onun havadarları və eyni zamanda, ona dəstək verən ölkələr və qüvvələr bizim iradəmizi, qətiyyətimizi, gücümüzü əyani şəkildə görüblər. Separatçılar bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər.Separatçıların əsas simalarından olan SerjikSarkisyanı, Robert Koçaryanı, Seyran Ohanyanı Qarabağdan qovmuşuq. Onlar qaçıblar, Xankəndiyə və başqa bir yerə gələ bilmirlər.Hazırda özləri üçün qondarma adlar uyduran separatçılar bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz. Biz onlara müxtəlif yollarla dəfələrlə izah etməyə çalışmışıq ki, onlar ya bizim sözümüzlə oturub duracaqlar, ya da ki, oradan rədd olacaqlar və orada yaşayan, onların faktiki olaraq girovuna, əsirinə çevrilmiş erməniləri də rahat buraxacaqlar.
Azərbaycan tərəfindən danışıqlarla bağlı irəli sürülmüş təşəbbüslər bu gün əsas amildir. Çünki işğala, erməni vəhşiliyinə, barbarlığına baxmayaraq, məhz Azərbaycan təklif etmişdir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və məhz Azərbaycan məlum beş prinsipi ortaya qoymuşdur. Bu prinsiplər beynəlxalq hüququn norma və prinsiplərinin təməl prinsipləridir.Eyni zamanda, Qarabağ ətrafında spekulyasiya etmək istəyən dairələrin nəzərinə çatdırıldı ki, Qarabağ tarixi torpağımızdır, bu ərazidə yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Əgər kimsə bununla razılaşmırsa, yol açıqdır, istədikləri yerə gedə bilərlər.Cənab Prezidentin dediyi kimi, əslində Qarabağın dinc erməni əhalisinin böyük əksəriyyəti Azərbaycanın tərkibində yaşamağa razıdırlar. Amma onlar separatçıların girovuna çevrilib. Əgər belə davam edərlərsə, separatçılar dəmir yumruğun gücünü yenə də hiss edəcəklər.Nəticə etibarilə Ermənistan bizim yanaşma ilə razıdır. Çünki başqa variant da yoxdur. Məhz buna görə keçən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Qəbul edib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər - 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır. Bu rəsmi addımı atmaqla Ermənistan rəsmən Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb.Niyyətimiz ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalansın, Azərbaycanla Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun.Azərbaycan dəfələrlə bəyan etmişdir ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar.
Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycanın Dövlət Bayrağının yandırılması erməni hökumətinin növbəti çirkin əməlidir. Bu, təsadüfən baş vermiş, hansısa bir fərdin əməli deyil. Bu, Ermənistan hökumətinin növbəti çirkin əməlidir. Bunu deməyə əsas verən bir çox səbəblər var. Birincisi, bu hadisəni törədən insanabənzər məxluq Ermənistan hakim dairələrinin yüksəksəviyyəli şəxsləri ilə birbaşa təmasdadır. İkincisi, bu məxluqa heç bir cəza verilmədi, əksinə, Ermənistanda onu qəhrəmanlaşdırırlar.Ermənilər bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər.Bu gün Azərbaycan Bayrağı Qarabağda dalğalanır. Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda və neçə-neçə kənddə, yüzlərlə kənddə Azərbaycan Bayrağı dalğalanır. Bu gün Azərbaycan Bayrağı Zəngəzur dağlarında dalğalanır.Ermənilər bizim bayrağımızı yandırıblar, amma Türk Bayrağı orada dalğalanıb.Türk dünyasının hər bir övladı Cansu və Qəmzə kimi olmalıdır. Türkiyənin idmançıları Ermənistanda - düşmən dövlətdə, həm Azərbaycana, həm də Türkiyəyə əzəli düşmən olan dövlətdə böyük qələbəni əldə etdilər. Bu qələbəni onlar Azərbaycana, Azərbaycan xalqına həsr etdilər. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmazdır.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024