Azərbaycanın neft yataqları xalqımızın ən böyük milli sərvətidir
Tarix: 20-04-2023 | Saat: 13:36
Bölmə:Özəl | çapa göndər
Azərbaycanın neft yataqları xalqımızın ən böyük milli sərvətidir və ondan bu gün də, gələcəkdə də çox ehtiyatla istifadə etmək lazımdır. Düşünmək lazımdır ki, bizim sərvətlərimiz təkcə bugünkü nəsillər üçün deyil, nəvə-nəticələrimiz, gələcək nəsillərimiz üçün də gərəkdir.
Suraxanı neft yatağının sənaye üsulu ilə istismarına başlanmasının 90 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxışından ( 26 avqust 1994-cü il);
“Azərbaycan neft diyarıdır. Azərbaycanın - Bakının, Abşeronun nefti respublikamıza böyük şan-şöhrət gətirmiş, onu bütün dünyada məşhurlaşdırmış, xalqımızın adını yüksəklərə qaldırmışdır. Bu tarixi salnamədə Suraxanı neftçilərinin xüsusi yeri var.
90 il bundan əvvəl Azərbaycanın bu müqəddəs torpağında - Suraxanıda, əsrlərdən-əsrlərə Odlar diyarı adlanan və əsrlər boyu bu odları müqəddəs hesab edərək ona itaət olunan bir yerdə ilk dəfə neft fontan vurdu. O gündən indiyədək Suraxanının neft yataqları sənaye üsulu ilə istismar olunur. Suraxanı neft yataqlarının istismarı bu 90 il müddətində xalqımıza, respublikamıza, müstəqil Azərbaycan dövlətinə böyük fayda vermişdir. Azərbaycan sənayesinin, bütün iqtisadiyyatının və sosial həyatının inkişafında Suraxanı neftçilərinin böyük payı, rolu var.
Neftçilərimiz Bakıda həm quruda, həm də dənizdə, respublikamızın başqa məntəqələrində neftçıxarma, neft emalı ilə məşğul olaraq keçmiş Rusiyanın, ondan sonra Sovetlər İttifaqının neft sənayesinin inkişaf etməsinə böyük kömək göstərmişlər. Məlumdur ki, əsrimizin əvvəlində keçmiş Rusiyada ancaq Azərbaycanda, Bakıda neft çıxarılırdı və o, nəinki Rusiyanı, hətta Qərb ölkələrini də, Şərq ölkələrini də təmin edirdi.
Sovet hakimiyyəti yaranandan sonra və Azərbaycan Sovet İttifaqının tərkibində olduğu zaman Azərbaycan neftçiləri bu böyük dövlətin sənayesinin və bütün iqtisadiyyatının inkişafında böyük rol oynamışlar. Azərbaycan neftçiləri Sovet İttifaqının bütün məntəqələrindəki neft yataqlarının həm kəşfində, açılmasında, həm də istismar olunmasında böyük xidmətlər göstərmişlər. Heç də təsadüfi deyil ki, uzun bir tarixi dövrdə Bakı bütün dünyada neft mərkəzi kimi tanınır, Sovetlər İttifaqının, Rusiyanın başqa məntəqələrində açılmış neft yataqları da "ikinci Bakı", "üçüncü Bakı", "dördüncü Bakı" adlandırılırdı. O uzaq ellərdə, diyarlarda indiyə qədər də bizim həmvətənlərimiz - azərbaycanlılar, neftçilərimiz fəaliyyət göstərirlər və xalqımızın şan-şöhrətini bu gün də yüksəklərə qaldırırlar.
Biz Azərbaycan neftçilərinin əmək fəaliyyəti, qəhrəmanlığı ilə, ağlı, zəkası, iş təcrübəsi, fədakarlığı ilə həmişə fəxr etmişik və müstəqil Azərbaycanın prezidenti kimi mən də Azərbaycan neftçilərinin həm tarixi keçmişi, həm də bugünkü fədakar, qəhrəman əməyi ilə fəxr edirəm.
Azərbaycan neftçiləri bu gün ağır şəraitdə işləyirlər. Keçmişdə olduğu kimi, neft sənayesi bu gün də iqtisadiyyatımızın əsas hissəsidir. Əgər əsrin əvvəlində Azərbaycanda neft sənayesi ilə bağlı yalnız xırda bir maşınqayırma emalatxanası var idisə, indi respublikamız böyük sənaye potensialına malikdir. Azərbaycanda neft əsasında, neft emalı, qaz əsasında kimya sənayesi geniş inkişaf edib və böyük bir kompleks təşkil edir. Neft maşınqayırma sənayesi genişlənib. Bizim çox böyük, nəhəng zavodlarımız var. Bu zavodlar nəinki Azərbaycanın, hətta keçmiş Sovetlər İttifaqının neft-mədən avadanlığına tələbatının 70 faizini təmin etmiş zavodlardır.
Azərbaycanda, sənayenin başqa sahələri xüsusən maşınqayırma, elektrotexnika, radiotexnika, cihazqayırma, elektronika, metallurgiya və digər sahələri də inkişaf edib. Böyük potensialı olan, Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalı, emal sənayesi, yüngül sənaye də çox inkişaf edib. Azərbaycanın bugünkü sənaye mənzərəsi çox genişdir, sənaye potensialı çox böyükdür, sənaye sahəsində çalışan alimlərimiz, mühəndislərimiz, mütəxəssislərimiz çox böyük elmi-texniki, intellektual potensial təşkil edir. Biz bunlarla fəxr edirik. Bütün bunlar Azərbaycanın müstəqilliyini möhkəmləndirmək üçün və ölkəmizin bundan sonra daim müstəqil yaşaması üçün böyük əsasdır. Bu bizim milli sərvətimizdir və daim milli sərvətimiz olacaqdır.
Ancaq bu böyük sənaye potensialı içərisində neft sənayesi həmişə görkəmli yer tutmuş və bu gün də görkəmli yer tutur. Azərbaycanda 150 ildən artıqdır ki, sənaye üsulu ilə neft çıxarılır. Lakin Azərbaycan torpağının təkində neft ehtiyatları çox böyükdür - həm quruda, həm dənizdə. Azərbaycanın gələcək nəsilləri də neft sənayesinin inkişafını təmin etməlidir və neft-qazçıxarma sənayesi Azərbaycana daim xidmət edəcəkdir. Bir daha qeyd edirəm ki, müstəqil Azərbaycanın müstəqilliyinin təmin olunmasında, inkişaf etdirilməsində neft sənayesi mühüm yer tutur və gələcəkdə də geniş yer tutacaqdır.
Azərbaycan neftçiləri torpaqlarımızın müdafiəsində fəal iştirak edirlər. Milli Ordumuzun hərbi texnikası sizin çıxardığınız neftdən alınan yanacaqla işləyir. Şübhəsiz ki, müharibə böyük çətinliklər yaratmışdır. Burada çıxış edənlər dedilər - 1941-45-ci illər müharibəsi zamanı bütün Azərbaycan xalqı kimi, neftçilərimiz də gecə-gündüz çalışırdılar ki, Vətənin müdafiəsini təmin etsinlər. Faşizm üzərində qələbədə Azərbaycan neftçilərinin əvəzsiz rolu var. O zaman - müharibə dövründə Sovet İttifaqında neft hasilatının 70 faizini Bakı, Azərbaycan neftçiləri verirdi. Qocaman neftçilərin xatirindədir, o vaxt Azərbaycan neftçiləri necə məhrumiyyətlərə dözərək yanacaq çıxarırdılar. Faşist ordusunun Şimali Qafqaza qədər gəlib çıxdığı və dəmir yol xəttinin kəsildiyi bir vaxtda Azərbaycan neftçiləri Xəzər dənizçiləri ilə birlikdə Şimala neft göndərərək cəbhəni yanacaqla təmin edirdilər. O dövrdə vəziyyət indikindən min dəfə çətin idi, camaat yarıac yaşayırdı, adi tələbatlar ödənilmirdi. Ancaq neft quyuları dayanmır, neftçilər işləyirdilər. O vaxt neftçilər böyük sınaqdan keçdilər. O dövr Azərbaycan neftçilərinin tarixində böyük qəhrəmanlıq dövrüdür.
İndi isə biz Vətənimizi, müstəqil Azərbaycanımızı müdafiə edirik. Torpaqlarımızı müdafiə etmək üçün apardığımız müharibə bizdən ötrü daha müqəddəs müharibədir. Ona görə də bu müharibəni aparmaq üçün, Vətənimizi qorumaq, işğal olunmuş torpaqlarımızı geri qaytarmaq üçün Azərbaycanın hər bir namuslu, qeyrətli vətəndaşı öz köməyini əsirgəməməlidir. Cəbhədə vuruşanlar Azərbaycan torpaqlarının keşiyində durmalı, arxa cəbhədəkilər isə neft, qaz çıxarmalı, başqa məhsullar istehsal etməlidirlər ki, Azərbaycan yaşasın, onun ordusu ölkəmizi müdafiə edə bilsin.”
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Rüstəmzadə Nigar Ziyafət
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-11-2024