Mobil versiya
Güclü iqtisadiyyat ən önəmli şərtdir
Tarix: 20-04-2023 | Saat: 13:27
Bölmə:Özəl | çapa göndər

Güclü iqtisadiyyat ən önəmli şərtdir

“Mən birmənalı deyirəm biz sərbəst iqtisadiyyata keçməliyik və bu yolda cürbəcür bəhanələr axtarmamalıyıq. Ola bilər ki,bu yolda itkilərimiz,çətinliklərimiz çox olsun. Ancaq bu yolu keçməliyik.”
Prezident Sarayında bank-maliyyə,tədiyyə sistemlərinin və idxal-ixrac əməliyyatlarının vəziyyətinə və onu yaxşılaşdırmaq sahəsində vəzifələrə həsr olunmuş ümumrespublika müşavirəsində çıxışından (19 noyabr 1993-cü il)

“Güclü iqtisadiyyat ən önəmli şərtdir” – ölkə başçısı cənab İlham Əliyevin dəfələrlə səsləndirdiyi bu fikrin mühüm əsası vardır. Digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də keçirilən islahatlar təkcə Azərbaycanın iqtisadi inkişafına deyil, həm də dünyada mövqeyinin möhkəmlənməsinə etibarlı zəmin yaratmışdır. Prezident tərəfindən yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən dövlət proqramları və makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksəlməsinə mühüm təsir göstərir.
Azərbaycan iqtisadiyyatının ildən-ilə güclənməsi, mühüm sosial-iqtisadi proqramların uğurla reallaşdırılması son nəticədə əhalinin maddi rifah halının yüksəlməsinə gətirib çıxarıb. Bölgələrimizin davamlı və tarazlı inkişafına hesablanan proqramların icra edilməsi, yeni infrastruktur layihələrin həyata keçirilməsi ölkəmizin hərtərəfli inkişafını təmin etməkdədir. Azərbaycan qüdrətli dövlətə çevrilməklə dünya birliyində tutduğu layiqli yerini möhkəmləndirməkdədir.
Sözsüz ki, respublikamızın yüksək artım templəri əldə etməsinin və indiki inkişaf səviyyəsinə çatmasının başlıca səbəbi Ulu öndər Heydər Əliyevin yaratmış olduğu mükəmməl inkişaf doktrinasının təməlləri üzərində inkişaf etdirilən və yeni iqtisadi qanunauyğunluqlar üzərində qurulan fundamental konsepsiyanın həyata keçirilməsi ilə bağlıdır.
Müstəqilliyin ilk illərində Azərbaycan iqtisadiyyatında tərəqqiyə nail olunmasına, dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsinə Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi müxtəlif dövrlərdə müəyyən etdiyi və həyata keçirdiyi strategiyalar zəmin yaratmışdır.
Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə ölkənin müstəqil iqtisadiyyatının təşəkkülü, ardıcıl sosial-iqtisadi islahatların həyata keçirilməsi, bu sahənin dayanıqlı inkişafını təmin edəcək qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsində görülən işlər Azərbaycanın iqtisadi inkişafına xeyli təkan vermişdir.
Ulu Öndərin Prezident Sarayında bank-maliyyə,tədiyyə sistemlərinin və idxal-ixrac əməliyyatlarının vəziyyətinə və onu yaxşılaşdırmaq sahəsində vəzifələrə həsr olunmuş ümumrespublika müşavirəsində çıxışında bildirdiyi bu fikirlər onun ölkənin inkişaf tələblərini və xalqın mənafeyini dəqiqliklə qiymətləndirməyə qadir, ölkənin mədəni, iqtisadi və təbii resurslarını, potensialını əhalinin rifah halının yaxşılaşdırılmasına və dövlətçiliyin inkişafına yönəltməyi bacaran şəxs olduğunu bir daha sübut edir: “On illər boyu yaranmış iqtisadi-sosial sistemdən sərbəst iqtisadiyyat sisteminə keçmək böyük çətinliklərlə bağlıdır. Bu sahədə son illərdə buraxılan səhvlər vəziyyəti daha da gərginləşdirmişdir. Ancaq biz bu yolla getməliyik, başqa yol yoxdur. Bu iş Azərbaycan Respublikasının iqtisadiyyatına, ənənələrinə uyğun olaraq təşkil edilməlidir. Bu yola keçərkən əlimizdə olan iqtisadi potensialdan səmərəli istifadə etməliyik, onun bundan sonra dağılmasına yol verməməliyik. Çalışmalıyıq ki, bu potensial bütün Azərbaycan xalqının sərvəti kimi bundan sonra da respublikamızın bütün vətəndaşlarının, bütün təbəqələrin həyat tərzinin yaxşılaşması üçün şərait yaratsın. Mən birmənalı deyirəm: biz sərbəst iqtisadiyyata keçməliyik və bu yolda cürbəcür bəhanələr axtarmamalıyıq. Ola bilər ki, bu yolda itkilərimiz, çətinliklərimiz olsun. Ancaq bu yolu keçməliyik.”

Gülpəri Məmmədli Famil qızı
Azərbaycan Dövlət Pedaqoji Universiteti



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024