Mobil versiya
Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan sosial-iqtisadi inkişaf strategiyası uğurla davam etdirilir
Tarix: 20-04-2023 | Saat: 13:25
Bölmə:Özəl | çapa göndər

Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan sosial-iqtisadi inkişaf strategiyası uğurla davam etdirilir

"Sosial-iqtisadi inkişaf sahəsində Azərbaycan bazar iqtisadiyyatının, azad sahibkarlığın inkişaf etdirilməsi, iqtisadi hayatın sərbəstləşdirilməsi, xarici kapitalin, xarici investisiyaların Azərbaycana cəlb olunması, xarici investorlar üçün əlverişli şərait yaradılması xəttini qəti şəkildə götürmüşdür. Sözün qısası söhbət azad bazar iqtisadiyyatından gedir. Bununla əlaqədar mən Azərbaycanla iqtisadi əməkdaşlığa maraq göstərənlərin hamısını respublikamıza dəvət etmişəm, onu nəzərdə tuturam ki, Azərbaycan hər cəhətdən bütün dünya üçün açıqdır, xüsusən investisiyalar üçün, iqtisadi münasibətlər üçün Azərbaycan Birləşmiş Krallığın işgüzar aləminin üzünə açıqdır. Mən demişəm və sizin qarşınızda bir daha bildirirəm ki, Azərbaycan iqtisadi əməkdaşlıq üçün, investisiyalar üçün alverişli imkanlara malikdir, respublikanın rəhbərliyi, dövlətimiz investisiyaların müdafiəsinə Azərbaycanla əməkdaşlığa başlayacaq xarici firmaların,mənafelərinin müdafiəsinə taminat verir."
2003-cü ildən başlayaraq Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında bir çox uğura imza atmış, sosial-iqtisadi inkişaf yolunda mühüm nəticələr əldə etmişdir. Bu dövrdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində ölkənin başlıca sosial-iqtisadi nailiyyətlərini aşağıdakı istiqamətlərdə qeyd etmək mümkündür:
Bütün parametrlər üzrə “iqtisadi Azərbaycan” bir neçə dəfə böyümüşdür. Azərbaycan tarixində ilk dəfə olaraq məhz bu dövrdə “iqtisadi Azərbaycan” “coğrafi Azərbaycan”ın sərhədlərini ciddi şəkildə aşmağa başlamışdır.

Azərbaycan iqtisadiyyatı 2009-cu ilin qlobal maliyyə, 2014-cü ilin qlobal enerji böhranlarından və hazırda davam edən pandemiyadan çox böyük məharətlə qorunmuşdur. Məhz İlham Əliyevin antiböhran idarəçilik məharəti sayəsində qeyd olunan qlobal böhranların Azərbaycana təsiri minimum olmuş və ölkəmiz dayanıqlı iqtisadi inkişaf potensialını qoruyub saxlaya bilmişdir. Burada pandemiya ilə bağlı qlobal baxışın formalaşdırılması və qlobal həmrəyliyin təmin edilməsi məqsədilə cənab İlham Əliyevin təşəbbüslərini xüsusilə qeyd etmək lazımdır. Belə ki, İlham Əliyevin təşəbbüsü ilə dünyanın ən böyük iki beynəlxalq müzakirə platformasının - Qoşulmama Hərəkatı və BMT Baş Assambleyasının iclası keçirilmişdir.
Azərbaycan ilk dəfə olaraq ixrac yönümlü sənayeləşməyə fokslanmış və özünün ixrac infrastrukturunu formalaşdırmışdır. Xarici ölkələrdə ticarət evləri və ticarət nümayəndəliklərinin açılması, ixracı təşviq mexanizmlərinin tətbiqi, ixracın kreditləşdirilməsi, “Made in Azerbaijan” markasının formalaşdırılması kimi tədbirlər məhz bu dövrdə xüsusi vüsət almış və Azərbaycan bir sıra sahələr üzrə idxaldan asılı ölkə statusundan ixrac edən ölkə statusuna keçmişdir.
Təhsilə insan kapitalının başlıca mənbəyi kimi baxılmış və Azərbaycan iqtisadiyyatının uzunmüddətli inkişafının birbaşa təhsildən asılı olacağı nəzərə alınmışdır. Bu baxımdan “Qara qızılı insan kapitalına çevirmək” devizi altında dövlət tərəfindən çoxlu sayda əməli tədbirlər həyata keçirilmişdir. Qeyd olunan hədəf Prezident İlham Əliyevin bu fikirlərində daha mükəmməl şəkildə öz əksini tapmışdır: “Mən Azərbaycanda, rəsmi tədbirlərdə dəfələrlə demişəm və indi də demək istəyirəm ki, ölkənin uğurunu müəyyən edən enerji ehtiyatları deyil, onun intellektual potensialıdır. Ölkəni tərəqqiyə doğru aparan kadrların, mütəxəssislərin hazırlanması, təhsilin, elmin inkişafıdır”. Hesab edirik ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və Fəaliyyət Planı və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulan tədbirlər gələcək illərdə də təhsil sektorunun inkişafına öz töhfəsini verəcəkdir.

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Murad Məhəmmədli Asif



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024