Mobil versiya
Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində vətəndaş amili dayanır.
Tarix: 20-04-2023 | Saat: 12:14
Bölmə:Özəl | çapa göndər

Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində vətəndaş amili dayanır.

Cənab Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bir çox mühüm məsələlərə toxundu. Dövlətimizin başçısı müsahibəsində mühüm tarixi və siyasi məqamları diqqətə çatdırmaqla yanaşı, yeni şəraitdə həm regional, həm də beynəlxalq təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın mövqeyini aydın ifadə etdi. Azərbaycan Prezidenti, həmçinin vacib mesajlar verməklə yanaşı, Ermənistana və onun havadarlarına ciddi xəbərdarlıq etmiş oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizin yeni mərhələdə regionda sülhün və təhlükəsizliyin təmin olunması ilə əlaqədar prinsipial mövqedə olduğunu ifadə etdi. Ölkəmizin bu mövqeyi dəyişməzdir. İlk növbədə, 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın tələbləri yerinə yetirilməli, Ermənistan bütün təxribat cəhdlərindən imtina edərək konstruktiv siyasət həyata keçirməlidir. Həmçinin Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar konkret addımlar atmalı, vaxtında sülh müqaviləsinə hazırlıq işləri görməlidir. Başqa bir mühüm məsələ Azərbaycanın regionda kommunikasiyaların bərpası ilə əlaqədar mühüm təşəbbüslər irəli sürməsi və qətiyyətli mövqe sərgiləməsidir. Müsahibə zamanı ölkə başçımıza ilk olaraq ötən ilin iqtisadi yekunları və cari ilin proqnozları ilə bağlı sual verilmiş və cənab Prezident olduqca əhatəli formada bu sualı cavablandırmışdır. Bütün dünyanın pandemiya, ərzaq qıtlığı və daha bir çox qlobal bəlalarla mübarizə apardığı bir dövrdə Azərbaycan artıq iqtisadi tənəzzüldən çıxıb və dünya iqtisadiyyatında hansı formada və səviyyədə böhran baş verməsindən asılı olmayaraq bütün sınaqlara hazırdır.
Şəhid ailələrinə və vətən müharibəsi əlillərinə hər zaman dövlət tərəfindən diqqət və qayğı göstərilir. Onların sosial durumunun və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı addımlar atılmaqdadır. Əminəm ki, bundan sonrakı dövrlərdə də dövlət tərəfindən bu kimi tədbirlər görüləcək. Cənab Prezidentin çıxışları təkcə ölkəmizdə deyil, region ölkələrində, o cümlədən dünya mətbuatında da diqqətlə izlənilir. Çünki bu gün Azərbaycan dünya siyasətində özünü təsdiq etmiş bir gücdür. Cənubi Qafqazın lider dövləti olan  Azərbaycan öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə regionda ən etibarlı tərəfdaşdır. 44 günlük Vətən müharibəsinin nəticələri bir daha göstərdi ki, həyata keçirilən balanslaşdırılmış siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir. Cənab Prezident İlham Əliyevin televiziya kanallarına müsahibəsi Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında çox önəmli olmaqla yanaşı, ölkəmizin qlobal informasiya məkanında mövqeyinin gücləndirilməsinə xidmət edir. Müsahibə zamanı cənab İlham Əliyev 2023-cü ildə həyata keçiriləcək layihələr, planlar barədə də geniş açıqlama verib. Xüsusən  2023-cü ili  Böyük Qayıdışın növbəti mərhələsi də adlandırmaq olar. Ötən iki ildə olduğu kimi bu ildə işğaldan azad edilmiş ərazilərdə tikinti-bərpa işlərinin sürətləndirilməsi prioritet vəzifə kimi dövlətimizin  diqqət mərkəzində saxlanılacaq. Təbii ki, bütün bu layihələri uğurlu sosial-iqtisadi  siyasət nəticəsində həyata keçirə bilirik. Həmçinin əminliklə deyə bilərik ki, xalqımızın sosial rifah halının yaxşılaşdırılması ümumilikdə Azərbaycanda yürüdülən siyasətin ana xəttini təşkil edir.
Dövlətimizin başçısı ölkə ictimaiyyətini Azərbaycanın siyasi xəttinin konturları barədə məlumatlandırdı, proqram xarakterli fikirləri ilə ötən ilin uğurlarını dəyərləndirərək qarşıdakı prioritetləri göstərdi. Cənab Prezident İlham Əliyev müsahibəsində hər bir ölkənin inkişafında əsas amil olan iqtisadi tərəqqiyə diqqət çəkdi. Ölkəmizin iqtisadi və sosial siyasətinin biri-birini tamamladığını qeyd edən dövlətimizin başçısı islahatların davamlılığının ölkənin dayanıqlı inkişafının əsası olduğunu bildirdi. Qeyd  etdiyimiz reallıqlar, o cümlədən 2003-cü ildən bu günə qədər qət olunan məsafə, əldə edilən nailiyyətlər göstərir ki, cənab İlham Əliyevin uğurlu siyasətinin real təzahürü xalqımızın qürur, dövlətimizin isə güc mənbəyidir. Cənab Prezident İlham Əliyev ilk dəfə 2003-cü ildə Prezident seçkilərinə gedərkən belə bir ifadə işlətdi ki, mən hər bir Azərbaycanlının Prezidenti olacam. Bu fikir illər sonra öz təsdiqini həm də əməli fəaliyyətdə çox yüksək səviyyədə tapdı. Bu gün Azərbaycan əhalisi cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsini öz firavan və təhlükəsiz həyatında görür.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Kənan İslamov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024