Mobil versiya
Novruz Aslanov Prezidentə təşəkkür etdi
Tarix: 14-04-2023 | Saat: 15:05
Bölmə:Manşet / Siyasət | çapa göndər

Novruz  Aslanov Prezidentə təşəkkür etdi

Möhtərəm cənab Prezident.

Sizə öz dərin hörmət və ehtiramımı ifadə edir, respublikanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətimi nəzərə alaraq, məni 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdiyinizə görə Sizə sonsuz təşəkkürümü bildirirəm.

Respublikada müxtəlif sahələrdə xidmətləri olan insanlara göstərdiyiniz xüsusi diqqət, Sizin lider olaraq xalqımıza olan sonsuz sevgi və rəğbətin bariz nümunəsidir. Ölkəmizdə bütün sahələrdə əldə olunan uğurların əsası məhz, ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu uğurlar hazırki dövrdə Sizin rəhbərliyiniz ilə davam etdirilir. Bu ordenə məhz ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində layiq görülməyim mənim üçün daha şərəflidir.

Bu il ömrümün 60-cı baharını yaşayaraq, fəaliyyətimin böyük hissəsinin həm Ulu Öndərin, həm də Sizin rəhbərliyiniz dövrünə təsadüf etməsi qürurverici hal olaraq, Allahın mənə bəxş etdiyi ən sevincli günlərimi təşkil edib. Xüsusilə, Prezident seçkilərində həm ulu öndər Heydər Əliyevin, həm də Sizin vəkiliniz olmağım mənim həyatımın amalını daha da zənginləşdirmiş, məsuliyyətimi daha da artırmışdır.

Sizin rəhbərliyinizlə müzəffər, şanlı, yenilməz Azərbaycan Ordusu XXI əsrdə misli görünməyən hərbi tarix yazdı. Bu zəfər savaşında Sizin müdrikliyiniz, dərin bilik və zəngin təcrübəniz, düzgün siyasi və diplomatik addımlarınız, düşünülmüş, uzaqgörən qərarlarınız, xüsusilə də, xalqın bütün zümrələrinin bir yumruq kimi birlik nümayiş etdirərək Sizi dəstəkləməsi sayəsində mümkün olmuşdur. Xalq öz qalib sərkərdəsi, Prezidenti, Ali Baş Komandanı ilə fəxr edir, qürur hissi keçirir. Azərbaycan Respublikasının suveren hüquqlarını bərpa etdiyinizə, üçrəngli, ay-ulduzlu bayrağımızı Qarabağ torpaqlarında daim dalğalandırdığınıza və ən əsası dünya azərbaycanlılarının başını hər yerdə uca etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Azərbaycanın yaşadığı bu firavan günlər Sizin müdrik və uzaqgörən siyasətiniz sayəsində mümkün olmuşdur. Zərgər dəqiqliyi ilə həyata keçirilən bu siyasət Azərbaycanı həm siyasi, həm də iqtisadi baxımdan xarici təsirlərdən qoruyur və dayanıqlı inkişafını tam təmin edir. Biz də öz növbəmizdə əldə olunan bu uğurların davamlı olması üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Fəaliyyətimə verilən bu yüksək dövlət mükafatı, eyni zamanda, deputat olaraq təmsil etdiyim İsmayıllı rayon sakinlərinə və rəhbərlik etdiyim Azərbaycan Qızıl Aypara Cəmiyyətinin on minlərlə üzvünə və könüllülərinə verilən dəyər kimi qəbul edilir.

Sizin rəhbərliyiniz ilə Azərbaycan dövləti tərəfindən həyata keçirilən uğurlu humanitar siyasətin səmərəli nəticələri göz önündədir. Bu siyasətin tərkib hissəsi olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının respublikada vüsət alması humanitar siyasətə verilən töhfədir. Beynəlxalq Qızıl Xaç Komitəsinin, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının rəhbər heyəti tərəfindən ünvanıma daxil olan təbriklərdə, bu təltif ümumilikdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına verilən yüksək qiymət kimi dəyərləndirilir.

Zati-alilləri, bir daha Sizə bu təltifə görə ailəm və şəxsən öz adımdan dərin təşəkkürümü bildirir, xalqımızın rifahı naminə apardığınız gərgin və son dərəcə şərəfli işinizdə Sizə tükənməz enerji və yeni-yeni uğurlar arzulayıram.

Dərin hörmət və ehtiramla,

Novruz Aslanov, Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti.

Azərbaycan Respublikası, Bakı şəhəri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2024