Mobil versiya
ZƏRİFƏ ƏLİYEVA TARİXƏ YALNIZ İSTEDADLI ALİM EYNİ ZAMANDA GÖZƏL PEDAQOQ KİMİ DAXİL OLMUŞDUR
Tarix: 14-04-2023 | Saat: 10:22
Bölmə:Seçki 2024 | çapa göndər

ZƏRİFƏ ƏLİYEVA TARİXƏ YALNIZ İSTEDADLI ALİM EYNİ ZAMANDA GÖZƏL PEDAQOQ KİMİ DAXİL OLMUŞDUR

Həyatda elə insanlar var ki, onlar hər hansı sahə, peşəyə bütün qəlbi ilə bağlanır, ömrünü ona həsr edir. Və zaman keçdikcə  onların bu zəhməti  böyük bir yolun başlanğıcını təşkil edir. Bizi fərəhləndirən əsas məqam odur ki,  belə insanlar içərisində qadın alim və ziyalılarımız çoxdur. Və illər sonra bu şəxsiyyətlərin həyatı, elmi fəaliyyəti bir nümunə kimi qalmaqda davam edir. Bu  görkəmli simalardan biri də ictimai xadim Zərifə xanım Əliyevadır.
Keçən əsrin 60-cı illərində Zərifə xanım keçmiş Sovetlər İttifaqında ilk həkim oftalmoloqlardan olmuşdur ki, görmə orqanının peşə patologoyasının öyrənilməsi istiqamətində geniş tədqiqat işi aparmışdır. Elmi-tədqiqatda mənimsənilən yenilikləri praktik oftalmologiyaya tətbiq etməyi müstəsna məharətlə bacarmışdır. Bu vaxtdan başlayaraq Zərifə xanım Azərbaycanın bəzi kimya sənayesində işçilərin görmə orqanının vəziyyətinə zəhərli kimyəvi maddələrin zərərli təsirini öyrənmişdir. Aşağı konsentrasiyalı stirol, tetraxloretilen buxarının, pestişitlərin və başqa peşə istehsalat faktorlarının orqanizmə təsiri nəticəsində görmə orqanının morfologiyasında və funksiyasında yaranan dəyişimələrin səviyyəsinə aid tədqiqat materialları 30-dan artıq elmi iş şəklində ən nüfuzlu jurnallarda çap olunmuşdur.      
Zərifə xanım Əliyeva həyatı daim mübarizələrdə keçən ulu öndər Heydər Əliyevlə çiyin-çiyinə addımlayır, çətin günlərdə ona arxa-dayaq olurdu. Bu ağır yükü kövrək çiyinlərində böyük mətanət və fədakarlıqla daşıyırdı. Eyni zamanda, övladlarını vətənin layiqli övladları kimi, öz nəslinin yüksək mənəvi dəyərlərinin varisi kimi yetişdirirdi. O, cənab İlham Əliyev kimi böyük şəxsiyyəti dünyaya gətirən, tərbiyə edən, layiqli vətəndaş kimi yetişdirən anadır. Eyni zamanda, Zərifə xanım Azərbaycan tibb elminin inkişafına misilsiz töhfələr verib. Sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib. Onun daha bir xidməti yüksəkixtisaslı kadrlar yetişdirməsidir. Akademik Zərifə xanım Əliyeva zəngin irs qoyub, öz tədqiqatları, fundamental əsərləri ilə Azərbaycan tibb elmini əhəmiyyətli dərəcədə irəli aparıb. Zərifə xanım Əliyeva bir sıra dərs vəsaiti və monoqrafiyaların müəllifidir: “Kəskin virus konyuktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” və sair. Alimin “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri bu gün də aktuallığını qoruyub saxlayır. O, iridodiaqnostika və iridoterapiya problemləri ilə məşğul olub, bu sahəyə dair iki monoqrafiya hazırlayıb. Dünya miqyasında iridodiaqnostikaya aid kitabları da ilk dəfə Zərifə xanım Əliyeva yazıb.

Nabat Zəngəzur
YAP Qaradağ rayon təşkilatının fəalı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024