Mobil versiya
Ekoaksiyanın 124-cü günü: Tələblər və şüarlar dəyişməzdir
Tarix: 14-04-2023 | Saat: 09:33
Bölmə:Manşet / Siyasət | çapa göndər

Ekoaksiyanın 124-cü günü:

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir.

aia.az xəbər verir ki, bu gün aksiyanın 124-cü günüdür.

İştirakçılar ötən gecə boyu da aksiyanı davam etdiriblər.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Aksiya iştirakçılarının tələbləri dəyişməz olaraq qalır. Belə ki, etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Ekofəallar və gənc könüllülər "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!", "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Dinc etiraz aksiyası 2022-ci il dekabrın 12-dən başlayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2024