Mobil versiya
Azərbaycan və Bosniya arasında viza rejimi ləğv edilə bilər
Tarix: 13-04-2023 | Saat: 17:50
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan və Bosniya arasında viza rejimi ləğv edilə bilər

Aprelin 13-də Sarayevoda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçlə geniş tərkibdə görüşü zamanı Azərbaycanla Bosniya və Herseqovina arasında siyasi münasibətlərin mükəmməl səviyyədə olduğu, ölkələrimizin bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi xüsusi qeyd edilib.

aia.az xəbər verir ki, Azərbaycanın Bosniya və Herseqovinada səfirliyinin açılmasının əlaqələrimizin inkişafında mühüm rol oynadığı bildirilib və Bosniya və Herseqovinanın da tezliklə Azərbaycanda səfirlik açmaq niyyətində olduğu qeyd edilib.

Bosniya və Herseqovinanın Azərbaycan vətəndaşları üçün viza rejimini aradan qaldırdığı və bu istiqamətdə Azərbaycan tərəfindən də müvafiq addımların atılacağı vurğulanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2024