Mobil versiya
"Sərhədin delimitasiyasına hazırıq" - Paşinyan
Tarix: 13-04-2023 | Saat: 12:29
Bölmə:Manşet / Siyasət | çapa göndər

"Sərhədin delimitasiyasına hazırıq" -

“Ermənistan Soçi və Praqada əldə olunmuş razılaşmalar əsasında Azərbaycanla sərhədin delimitasiyasına hazırdır”.

aia.az “Novosti Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 13-də hökumətin iclasından əvvəl bildirib.

O iddia edib ki, bütün çətinliklərə baxmayaraq rəsmi İrəvan regional məsələlərin, Ermənistan-Azərbaycan münasibətlərinin sülh yolu ilə diplomatik həlli siyasətinə sadiqdir.

N.Paşinyan Ermənistanın əvvəllər elan olunmuş prinsiplər əsasında regional nəqliyyat və iqtisadi marşrutları açmağa hazır olduğunu vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024