Mobil versiya
Bayramovla malayziyalı həmkarı arasında telefon danışığı oldu
Tarix: 11-04-2023 | Saat: 18:01
Bölmə:Siyasət | çapa göndər

Bayramovla malayziyalı həmkarı arasında telefon danışığı oldu

Aprelin 11-də xarici işlər naziri Ceyhun Bayramov ilə Malayziyanın xarici işlər naziri Zambri Abdul Kadir arasında telefon danışığı baş tutub.

XİN-dən aia.az-a verilən xəbərə görə, telefon danışığı zamanı, Azərbaycan və Malayziya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, o cümlədən regionda və dünyada mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər, müqəddəs Ramazan ayı, eləcə də bu ilin aprel ayında qeyd olunan Azərbaycanla Malayziya arasında diplomatik münasibətlərin 30 illiyi münasibətilə qarşılıqlı təbriklərini çatdırıblar, dost və qardaş ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə olunub.

Nazir Ceyhun Bayramov, Azərbaycan və Malayziya arasında müxtəlif, o cümlədən iqtisadi, energetika, humanitar, təhsil, turizm və s. sahələrdə əməkdaşlıq gündəliyindən məmnunluqla bəhs edərək, münasibətlərin inkişafında qarşılıqlı təmasların əhəmiyyətli olduğunu bildirib. Bu xüsusda, ötən ilin iyul ayında Xarici İşlər Nazirlikləri arasında Kuala Lumpurda keçirilmiş siyasi məsləhətləşmələrin əhəmiyyəti diqqətə çatdırılıb. İki ölkə arasında müxtəlif regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı (QH), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində həyata keçirilən uğurlu əməkdaşlıq təcrübəsi qeyd edilib.

Nazir Ceyhun Bayramov, həmçinin post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı genişmiqyaslı bərpa və quruculuq işləri barədə həmkarını məlumatlandırıb. Nazir Ceyhun Bayramov, Malayziyanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Nazir Zambri Abdul Kadir Azərbaycan və Malayziya arasında dostluq, dini bağlılıq, həmrəylik və qarşılıqlı dəstəyə əsaslanan siyasi dialoqun səviyyəsindən məmnunluqla bəhs edərək, münasibətlərin daha da inkişaf etdirilməsi üçün mövcud potensialdan səmərəli istifadə edilməsinin vacibliyini vurğulayıb. İş adamları və əhali arasında təmasların artırılmasının əhəmiyyəti, əməkdaşlıq və təhsil əməkdaşlıq proqramları çərçivəsində mübadilələrin həyata keçirilməsinə hazırlıq ifadə olunub. Ölkələrimiz arasında turizm sahəsində geniş əməkdaşlıq potensialının olduğu vurğulanıb. İki ölkə arasında keçirilmiş siyasi məsləhətləşmələrin əlaqələrin inkişafında mühüm rol oynadığı diqqətə çatdırılıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024