Mobil versiya
Aksiyanın 121-ci günü: Tələblər və şüarlar dəyişməyib
Tarix: 11-04-2023 | Saat: 11:18
Bölmə:Manşet / Siyasət | çapa göndər

Aksiyanın 121-ci günü:

Azərbaycanlı eko-fəaların Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində keçirdikləri dinc aksiya davam edir.

aia.az xəbər verir ki, bu gün mübarizənin 121-ci günüdür.

Aksiya gecə saatlarında da davam etdirilib. İştirakçıları hər gün olduğu kimi bu səhər də Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

Qeyd edək ki, aksiya Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsi tələbi ilə keçirilir.

İştirakçılar Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!” kimi şüarlar səsləndirirlər.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə