Mobil versiya
Tərtərdə "Qrad" raketlərinin hissələri tapılıb - FOTO
Tarix: 10-07-2016 | Saat: 21:20
Bölmə:Media | çapa göndər

Tərtərdə "Qrad" raketlərinin hissələri tapılıb - FOTO






Tərtər rayonunda iki ədəd "Qrad" raketinin hissəsi aşkar edilib.

Aia.Az bildirir ki, bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Ağdam rayonu

Əfətli kəndi - 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçrilmiş, partlamış hərbi sursatın (top mərmisi) qalıqları aşkar edilərək götrülmüş, nəticə etibarilə 5 000 kv.m ərazi yoxlanılmışdır.

Mahrızlı kəndi - 1 əkin sahəsində 4 partlayış yerinə baxış keçrilmiş, partlamış hərbi sursatın (9M22U raketi - Qrad) qalıqları aşkar edilərək götrülmüş, nəticə etibarilə 2 500 kv.m ərazi yoxlanılmışdır.

Əhmədağalılar kəndi - 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçrildi, partlamış hərbi sursatın (top mərmisi) qalıqları aşkar edilərək götrüldü, nəticə etibarilə 3 500 kv.m ərazi yoxlanılmışdır.

Tərtər rayonu

Çaylı kəndi - 1 otlaq sahəsində 5 partlayış yerinə baxış keçrilmiş, 2 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götrülmüş, nəticə etibarilə 9 500 kv.m ərazi yoxlanılmışdır.

Füzuli rayonu

Yuxarı Mollaməhərrəmli kəndi - 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçrilmiş, partlamış hərbi sursatın (9M22U raketi -Qrad) qalıqları aşkar edilərək götrülmüş, nəticə etibarilə 400 kv.m ərazi yoxlanılmışdır.

10 İyul tarixində 4 əkin sahəsində və 1 otlaq sahəsində 12 partlayış yerinə baxış keçrilmiş, 2 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götrülmüş, nəticə etibarilə gün ərzində 20 900 kv.m ərazi təmizlənmişdir.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 10 iyul 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöı, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 621 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 579 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 23 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmişdir.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024