Sahibə Qafarova Bob Bləkmənlə görüşdü
Tarix: 07-04-2023 | Saat: 15:36
Bölmə:Siyasət | çapa göndər
Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Birləşmiş Krallıq Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
aia.az xəbər verir ki, görüşdə Milli Məclisin sədri Birləşmiş Krallıq Parlamentinin nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirib.
Spiker qonaqlara Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən sonra bölgədə yaranmış yeni vəziyyət, ölkəmizin sülh təşəbbüsləri barədə danışıb, iki ölkənin parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb, bu sahədə dostluq qruplarının rolunu vurğulayıb.
Bob Bləkmən ölkəmizə səfəri çərçivəsində keçirdiyi görüşlərdən, aparılan danışıqlardan məmnunluğunu ifadə edib. Qonaq Ağdam şəhərinə səfəri barədə təəssüratlarını bölüşüb, işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti-quruculuq işlərini yüksək qiymətləndirib, bölgədəki vəziyyət barədə fikirlərini səsləndirib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər