Mobil versiya
Azərbaycanda evlənənlərin sayı azalıb
Tarix: 08-07-2016 | Saat: 15:20
Bölmə:Gündəm | çapa göndər



Azərbaycanda nikaha daxil olanların sayı azalıb.

Statistik məlumatlara əsasən, ötən il Azərbaycanda 68773 nikah qeydə alınıb. Bu, son 6 il ərzində nikaha daxil olanların sayında qeydə alınan ən aşağı göstəricidir.

Belə ki, 2010-cu ildə Azərbaycanda 79172, 2011-ci ildə 88145, 2012-ci ildə 79065, 2013-cü ildə 86 852, 2014-cü ildə 84 912, 2015-ci ildə isə 68 773 nikah qeydə alınıb.

Ötən il Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı da son 6 ilin ən aşağı göstəricisi olub.

2010-cu ildə Azərbaycanda əhalinin hər 1000 nəfərinə 8,9 nikah düşdüyü halda, 2015-ci ildə bu rəqəm 7,2 olub.

Azərbaycandakı boşanmaların sayında isə nisbətən artım baş verib. 2010-cu ildə Azərbaycanda 9061, 2011-ci ildə 10 747, 2012-ci ildə 11087, 2013-cü ildə 11730, 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764 boşanma olub. Boşanmaların sayında artımın baş verməsinə baxmayaraq, əhalinin hər 1000 nəfərinə düşən nikahların sayına görə olan göstərici əvvəlki illərdə olduğu kimi, yəni 1,3 qalıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024