Mobil versiya
Emoməli Rəhmon: “Tacikistan və Azərbaycan xalqlarını ənənəvi dostluq telləri bağlayır”
Tarix: 05-04-2023 | Saat: 16:56
Bölmə:Siyasət | çapa göndər

Emoməli Rəhmon:

“Tacikistan və Azərbaycan xalqlarını qədim tarixi köklərə malik olan ənənəvi dostluq telləri bağlayır. Sevindirici haldır ki, bu gün ölkələrimizin dövlətlərarası qarşılıqlı əlaqələri geniş spektr üzrə ardıcıl surətdə inkişaf edir”.

aia.az xəbər verir ki, bu sözləri Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşündə bildirib.

Bu qarşılıqlı fəaliyyətin siyasi, ticari-iqtisadi, elmi-texniki, mədəni-humanitar və bir sıra başqa sahələri əhatə etdiyini vurğulayan E.Rəhmon qeyd edib:

“Biz Azərbaycan Respublikası ilə həm ikitərəfli əsasda, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın hərtərəfli genişlənməsinə daim diqqət yetiririk”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə