Mobil versiya
Cənab Prezidentin qətiyyəti ilə azad olunmuş Şərqi Zəngəzur iqtisadi rayonu da gün-gündən abadlaşır və çiçəklənir
Tarix: 05-04-2023 | Saat: 10:12
Bölmə:Siyasət / Özəl | çapa göndər

Cənab Prezidentin qətiyyəti ilə azad olunmuş Şərqi Zəngəzur iqtisadi rayonu da gün-gündən abadlaşır və çiçəklənir

28 mart tarixində Prezident İlham Əliyev Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədovu qəbul edərək ona tapşırıqlar və tövsiyələr vermişdir. Caənab prezident qeyd etmişdir ki, Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir. Rayonun çox böyük potensialı var. Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlər bundan sonra Laçında rahat yaşamalıdırlar və Azərbaycan dövləti bunu təmin edəcək. Laçının işğal olunduğu 1992-ci il hadisələrinə nəzər salan ölkə başçısı bildirmişdir ki, Laçının işğalı AXC-Müsavat xəyanətkar cütlüyünün çirkin xəyanətinin nəticəsidir. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi. - Laçın rayonu 28 il işğal altında idi və bu işğal dövründə rayonun bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilmişdir, ətraf mühitə böyük ziyan vurulmuşdur. Bütövlükdə bizim meşə fondumuzun qanunsuz istismarı nəticəsində 60 min hektar meşə ermənilər tərəfindən məhv edilib, kəsilib, talanıb, satılıb. Onun böyük hissəsi Laçın rayonunda olan meşə fondudur. Minlərlə ev məktəb, maddi mədəniyyət nümunələri, tarixi abidələrimiz və məscidlərimiz də yerlə yeksan edilmişdir.
“Azərbaycan Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardı. İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və biz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik. Güləbird və digər bir neçə kənd döyüş meydanında azad edilmişdir. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxarmışdır. Laçın rayonunun digər hissəsi - ən böyük hissə artıq siyasi yollarla azad edilmişdir. Bu, bizim böyük tarixi Zəfərimizdir”-deyə cənab Prezident qeyd etmişdir ki, bu gün sas vəzifə bu rayonun da yenidən qurulması, insanların tezliklə öz evlərində yaşaması vacib şərtlərdən biridir.
Doğrudur, bizim tarixi qələbəmizdən sonra da erməni havadarları, xüsusən Fransa hələ də erməni faşizmini müdafiə etməkdə davam edir. Lakin bu təzyiqlərə qarşı qətiyyətli mövqe, sarsılmaz iradə var. Müzəffər Ali Baş Komandan İlham Əliyev bütün beynəlxalq təşkilatların tribunasından bu qətiyyəti elan edərək Azərbaycanın haqq səsini dünyaya çatdırmışdır. Bu barədə fikir bildirən cənab Prezident qeyd etmişdir ki, “Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bir sıra qətnamə yenə də ermənipərəst, rüşvətxor və anti-Azərbaycan qruplaşmanın məhsuludur və burada aparıcı rolu Fransa deputatları oynayır. Beynəlxalq vasitəçilər - ATƏT-in ovaxtkı Minsk qrupu danışıqların aparılması ilə faktiki olaraq bu işğalı möhkəmləndirməyə çalışırdılar. İndi hər şey aydın oldu - Fransanın Azərbaycana bu ədalətsiz və mənfi münasibəti təsadüfi deyil. Sadəcə olaraq, işğal dövründə bunu müəyyən dərəcədə pərdələmək istəyirdilər. Amma baxın, müharibədən – İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində bizə qarşı hansı çirkin əməllər törədilir, hansı əsassız ittihamlar irəli sürülür. Yəni, bütün bunlar göz qabağındadır, o cümlədən Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bir sıra qətnamə yenə də ermənipərəst, rüşvətxor və anti-Azərbaycan qruplaşmanın məhsuludur və burada aparıcı rolu Fransa deputatları oynayır. İşğal dövründə də biz bunu təbii ki, hiss edirdik, amma bu dərəcədə yox. Təsəvvür edə bilməzdik ki, ölkələr bu dərəcədə riyakar, yalançı ola bilərlər. Adamın üzünə baxıb bir söz deyə, arxada başqa iş görə bilərlər.
Yəni, bu iki il yarım müddət ərzində bütün dünya bir daha hər şeyi gördü. Eyni zamanda, anti-Azərbaycan qüvvələr bizim əyilməz iradəmizi gördü. Heç kim bizim iradəmizə təsir edə bilməz. Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz. Biz bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etmişik, müharibədən keçən iki il yarım ərzində Ermənistanın himayədarlarına sübut etmişik. Onları məğlub etmişik və bir daha bütün dünyaya göstərmişik ki, biz istədiyimizə nail oluruq və olacağıq.”
Qeyd edilənlər göstərir ki, xalqdan güc alan, xalqla birlikdə olan rəhbərin iradə və qətiyyəti başlıca şərtlərdən biridir. Azərbaycanın Prezidenti də belə liderlərdən biridir və dünya artıq bu iardəni görmüşdür.
Məhz cənab Prezidentin qətiyyəti ilə azad olunmuş Şərqi Zəngəzur iqtisadi rayonu da gün-gündən abadlaşır və çiçəklənir. İndi dünya görür ki bu torpaqların əsil sahibi kimdir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024