Mobil versiya
Parlamentdə Fransaya cavab vermək üçün komissiya yaradıldı
Tarix: 04-04-2023 | Saat: 12:11
Bölmə:Siyasət / Manşet | çapa göndər

Parlamentdə Fransaya cavab vermək üçün komissiya yaradıldı

Milli Məclis Fransa Senatının martın 16-da Azərbaycana qarşı təşkil etdiyi dinləməyə etiraz edib.

aia.az-ın məlumatına əsasən, məsələ Milli Məclisin iclasında müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, parlament həmin təxribata cavab üçün bəyanat hazırlamalıdır.

Bəyanatın mətninin hazırlanması üçün komissiya yaradılıb.

Komissiyanın sədri Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov təyin edilib.

Parlament sədrinin birinci müavini Əli Hüseynli təklif edib ki, komissiyanın üzvləri deputatlar Ziyafət Əsgərov, Elşən Musayev, Əziz Ələkbərli və Sevil Mikayılova bəyanat layihəsini hazırlasın.

Qeyd edək ki, martın 16-da Fransa Senatında Ermənistana və Qarabağa dəstək adı ilə dinləmə keçirilib. Dinləmədə Ermənistanın separatçılıq mövqeyindən çıxışlar edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024