Mobil versiya
Aprel döyüşləri müasir hərb tariximizin şanlı qürur səhifəsidir
Tarix: 03-04-2023 | Saat: 12:28
Bölmə:Siyasət | çapa göndər

Aprel döyüşləri müasir hərb tariximizin şanlı qürur səhifəsidir

Azərbaycanın çoxəsrlik dövlətçilik və müasir müstəqillik tarixi möhtəşəm nailiyyətlər və şanlı qələbələrlə əlamətdardır. Bunlardan biri də hərb tariximizin qürurverici səhifəsi olan Aprel döyüşləridir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, 7 il əvvəl – 2016-cı ildə işğalçı Ermənistanın təcavüzkar silahlı birləşmələrinin təxribatı nəticəsində baş vermiş hərbi qarşıdurma – Aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin inamlı Qələbəsi ilə nəticələndi. Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi, minlərlə hektar ərazi Ordumuzun nəzarətinə keçdi.

Komitə sədri Aprel Qələbəsinin, əslində, böyük Zəfərin müjdəçisi olduğunu diqqətə çatdırıb. Bildirib ki, Aprel döyüşlərindən 4 il sonra - Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gün ərzində Ermənistanın silahlı qüvvələrini darmadağın etməsi və öz tarixi missiyasını uğurla yerinə yetirməsi 30 illik ədalətsizliyə və torpaqlarımızın hərbi-siyasi əsarətinə son qoydu. Bu gün iftixarla qeyd edirik ki, Aprel döyüşləri şanlı zəfər salnaməmizin başlanğıcı, milli qürur mənbəyimizdir. Möhtəşəm Qələbəmizin fonunda hər bir vətənpərvər azərbaycanlı özünü Müzəffər Ali Baş Komandanımızın əsgəri, Vətənin müdafiəçisi kimi görür, dövlətə və Ordumuza prinsipial dəstək verir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2024