Mobil versiya
İaliya hökuməti ənənəvi ailələri qorumağa çalışır, Avropa Parlamentinin deputatları isə eynicinsli cütlüklərdən yaranmış ailələrin hüquqlarını tələb edirlər
Tarix: 03-04-2023 | Saat: 10:43
Bölmə:Siyasət / Özəl | çapa göndər

İaliya hökuməti ənənəvi ailələri qorumağa çalışır, Avropa Parlamentinin deputatları isə eynicinsli cütlüklərdən yaranmış ailələrin hüquqlarını tələb edirlər

taliyanın mühafizəkar hökuməti Milanın şəhər şurasından eynicinsli valideynlərin uşaqlarının qeydiyyatını dayandırmağı tələb edib. Bu, Corciya Meloni kabinetinin son illərdə bu mühafizəkar katolik ölkədə böyüyən müxtəlif azlıqların hüquqlarını məhdudlaşdıran ilk addımı idi. Bundan sonra Avropa Parlamenti İtaliya hökumətini pisləyib. Bu barədə RG.ru agentliyi yazır. Məlumatda bildirilir ki, Avropa məkanında müxtəlif azlıqların hüquqlarını təbliğ etməyə çalışan son çağırış Avropa Parlamenti onun tövsiyyələrinin İtaliyada fəaliyyətə dair təlimat kimi qəbul edilməsini istəyir.
Milanın meri Cüzeppe Sala AP deputatların dəstəyini toplamaq üçün bu həftə Brüsselə səfər etdikdən sonra, eynicinsli ailələrin hüquqları uğrunda mübarizə aparmaq məqsədilə müxalifət partiyalarından ibarət ittifaq yaratmağı hədəfləyir.
Sağçı “İtaliya Qardaşları” partiyasının ənənəvi ailəni qoruyacağına söz verdiyi Corciya Meloni hökuməti öz növbəsində surroqat analıq yolu ilə uşaq sahibi olmaq üçün xaricə gedən cütlükləri cinayət məsuliyyətinə cəlb edən qanun layihəsini ölkə parlamentinə təqdim edib. Xatırladaq ki, keçən ilin sentyabrda keçirilən ümumi seçkilər ərəfəsində “İtaliya Qardaşları” Partiyasının deputatı Federiko Mollikone Rai dövlət telekanalını dünyaca məşhur uşaq cizgi filmi “Peppa Pig” serialının eynicinsli cütlüklərin yer aldığı bölümü yayımlamamağa çağırmışdı.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2024