Mobil versiya
Finlandiyanın baş naziri öz partiyasının seçkilərdə məğlub olduğunu etiraf edib
Tarix: 03-04-2023 | Saat: 10:38
Bölmə:Özəl / Dünya / Siyasət | çapa göndər

Finlandiyanın baş naziri öz partiyasının seçkilərdə məğlub olduğunu etiraf edib

“MTV Uutisaamu” telekanalının məlumatına görə, Finlandiyanın baş naziri Sanna Marin hakim Sosial Demokrat Partiyasının parlament seçkilərində məğlub olduğunu etiraf edib. Sanna Marinin başçılıq etdiyi hazırkı koalisiya hökumətini təşkil edən bir neçə partiya nəticələrini pisləşdirib. Liderlər sağ mərkəzçi Koalisiya Partiyası və ifrat sağçı “Həqiqi Finlər”dir.
“Demokratiya öz sözünü dedi. Fin xalqı səs verdi və demokratiyanın təntənəsi həmişə gözəldir”-deyə o bildirmişdir.
Səslərin 99,4%-nin hesablanmasından sonra Petteri Orponun rəhbərlik etdiyi Koalisiya Partiyası 20,6% səslə seçkilərdə liderdir. Daha sonra Riikka Purranın (20,1%) başçılıq etdiyi "Əsl Finlər" gəlir, Sosial Demokratlar isə 19,9% səs toplayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024