Mobil versiya
Zelenski Rusiya Maliyyə Nazirliyinə 10 il sanksiya tətbiq edib
Tarix: 01-04-2023 | Saat: 22:12
Bölmə:Siyasət | çapa göndər

Zelenski Rusiya Maliyyə Nazirliyinə 10 il sanksiya tətbiq edib


Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti və Maliyyə Nazirliyinə qarşı on il müddətinə sanksiya tətbiq edilməsi haqqında fərman imzalayıb.

AIA.Az APA-ya istinadən xəbər verir ki, müvafiq fərman Ukrayna Prezidentinin ofisinin saytında dərc olunub.

Sənədə əsasən, Rusiya Federasiyası Prezidentinin Xüsusi Proqramlar üzrə Baş İdarəsinə, Federal Maliyyə Monitorinqi Xidmətinə, RF Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Texnologiyalar üzrə Baş Mərkəzinə və Baş Hesablama Mərkəzinə də sanksiyalar tətbiq edilib.

Həmçinin bir sıra hüquqi şəxslər də sanksiyalara məruz qalıb.

Ümumilkdə 14 məhdudlaşdırıcı tədbir həyata keçirilib.

AIA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024