Mobil versiya
Trampa qarşı ittiham irəli sürüldü, amma hələ ki nədə ittiham edildyi məlum deyil
Tarix: 31-03-2023 | Saat: 15:49
Bölmə:Özəl | çapa göndər

Trampa qarşı ittiham irəli sürüldü, amma hələ ki nədə ittiham edildyi məlum deyil

“Fox News”-un şərhçisi Taker Karlsonun fikrincə, Donald Trampa qarşı cinayət ittihamının irəli sürülməsi ABŞ üçün həqiqətən də tarixi məqama çevrilib. Bəlkə də buna görə Amerika siyasətində hökm sürən xaos onun daimi komponentinə çevriləcək.
Məsələn, Amerika siyasəti bəlkə də həmişəlik xaos içində idi. Son seçkilərdə seçicilərin 80%-nin Co Baydenə səs verdiyi Amerikanın ən liberal şəhərlərindən birində Manhetten böyük münsiflər heyəti hazırkı prezidentin qarşıdan gələn seçkilərdəki siyasi rəqibi, respublikaçıların sevimlisi olan adamı ittiham edib.

Münsiflər belə bir qərarı Nyu Yorkun onsuz daha təhlükəli olması ilə məşhurlaşan Manhettenin rayon prokuroru Alvin Braggın təkidi ilə qəbul ediblər. Prokuror Braqq quldurluq və zorlama kimi cinayətlərə görə qanunun qüvvəsini tətbiq etməkdən imtina edir.
Hələlik ki, dəqiq nə ittihamlar irəli sürüldüyünü bilmirik. Amma mətbuatda yazılanlara inanırsınızsa, iş 7 il əvvəl edilən pul ödənişləri ilə bağlıdır. Federal tənzimləyici orqanlar heç bir qanun pozuntusunun olmadığını bildirir, lakin Alvin Bragg bunu cinayət hesab edir. Hər halda, yekun nəticə belədir: Donald Tramp Amerika Birləşmiş Ştatlarının cinayət əməlində ittiham olunan ilk keçmiş prezidentidir. Bundan sonra nə olursa olsun, əmin ola bilərsiniz: bu andan geriyə yol yoxdur.
Florida qubernatoru Ron DeSantis artıq bəyanatla çıxış edərək, Donald Trampın Nyu-Yorka ekstradisiyasında iştirak etməyəcəyini vurğulayıb. Aydındır ki, bu gələn həftə üçün nəzərdə tutulub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024