Slovakiyadan Kiyevə dəstək getdikcə azalır
Tarix: 31-03-2023 | Saat: 14:22
Bölmə:Özəl / Dünya | çapa göndər
Bratislavada keçirilən və ölkənin xarici siyasətinə həsr olunmuş konfransda çıxış edən Slovakiya prezident Zuzana Çaputova bildirib ki, Ukraynaya hərbi yardımın mənbələri sonsuz deyil: “İctimai rəy baxımından da Ukraynaya dəstək getdikcə azalır.” Bu barədə Regnum İA yazır. Məlumata görə, prezident Çaputova eyni zamanda da ölkə sakinlərinin daha çox ukraynalı qaçqınların qəbuluna tərəfdar olduğunu qeyd edib. Hərçənd slovakların əksəriyyəti qaçqınların gəlişinin onların öz həyat səviyyələrinə mənfi təsir göstərdiyi qənaətindədir. Çaputova əlavə edib ki, Slovakiyada sentyabrda keçirilməsi nəzərdə tutulan qarşıdan gələn parlament seçkiləri fonunda hökumətin xarici siyasətinə ictimai dəstəyin zəifləməsi riski artır.
Həmçinin dövlət başçısı milli hərbi sənaye kompleksinin inkişafının da vacibliyini vurğulayıb: “Müdafiə sənayesinə sərmayə qoymasaq, nə Ukraynaya dəstək göstərməkdə, nə də öz müdafiəmizi gücləndirməkdə daha irəli gedə bilməyəcəyik”. Çaputova bunu da əlavə edib ki, Kiyevə kömək etmək Slovakiyanın milli maraqlarına uyğundur.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-11-2024