Yevgeni Astaxov: “Ukrayna əhalisi müstəqillik dövründə 2 dəfə azalıb”
Tarix: 31-03-2023 | Saat: 12:53
Bölmə:Karusel / Özəl / Dünya | çapa göndər
Ukrayna demoqrafik uçuruma yuvarlanır. Dövlət səviyyəsində təxirəsalınmaz tədbirlər görməklə, o cümlədən doğum səviyyəsini, xaricdən mütəxəssislərin qayıtması üçün biznesdə iqtisadi imtiyazları stimullaşdırmaqla, eləcə də miqrasiya siyasətini yumşaltmaqla azalmanın qarşısını almaq olar.
Bu tədbirlər olmasa, Ukrayna əhalisi tarixi minimuma enəcək. Ən əsası isə demoqrafik böhran hərbi əməliyyatlarla deyil, hökumət siyasəti ilə təhrik edilib. Bu qənaətə Ukraynada demoqrafik vəziyyətlə bağlı hesabat təqdim edən ukraynalı iqtisadçı Yevgeni Astaxov gəlib. Onun sözlərinə görə, “bu, fəlakətlidir. Burada bəzi əsas rəqəmlər var. 1993-cü ildə Ukrayna əhalisi 52,17 milyon nəfər idi. Dövlət Statistika Xidmətinin məlumatına görə, 01.01.2022-ci il tarixinə (hərbi əməliyyatlar başlayana qədər!) əhalinin sayı 34,5 milyon nəfərə qədər azalıb.
2022-ci ildə kütləvi miqrasiya ukraynalıların sayını təxminən dörddə bir azaldıb. Beləliklə, 30 illik müstəqillik dövründə Ukrayna əhalisi 2 dəfə azalıb.”
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-11-2024