"İsveç NATO-nun üzvü olacaq?"
Tarix: 31-03-2023 | Saat: 11:23
Bölmə:Özəl | çapa göndər
NATO-nun baş katibi Yens Stotenberq, Politico qəzetinə müsahibəsində bildirib ki, 11 iyulda keçiriləcək alyansın sammitinə qədər İsveçin NATO-ya üzvülüyünün təsdiq olunmasına çalışacaq.
Baş katibin sözlərinə görə, İsveçin, may ayında Türkiyədə keçiriləcək prezident seçkilərindən sonra alyansa girişinə yaşıl işıq yandırıla bilər. Yəni, Şimali Atlantika blokunun baş katibi, seçkilərdə Kılıçdaroğlunun qalib gələcəyinə və onun ABŞ -dakı ağalarına verdiyi vədi yerinə yetirəcəyinə ümid edir.
"Mənim məqsədim əvvəldən də olduğu kimi ondan ibarətdir ki, Türkiyədəki seçkilərdən sonra, alyansın Vülnüsdə keçiriləcək sammitinə qədər İsveçin NATO üzvülüyünü ratifikasiya etməkdir"-deyə Stoltenberq bəyan edib.
Bununla yanaşı baş katib hər şeyin Ankaradan asılı olduğunu da etiraf edib. Lakin o, mümkün hakimiyyət dəyişikliyinin buna nə dərəcədə təsir edə biləcəyi məsələsinə toxunmayıb.
Dünən, martın 30-da Türkiyə parlamenti Finlandiyanın NATO-ya üzvülüyünü ratifikasiya edərək, onun alyansa doğru yoluna yaşıl işıq yandırdı. Xatırladırıq ki, Finlandiya və İsveç ötən ilin may ayında NATO-ya üzvülüyə qəbul edilmələri ilə bağlı birgə müraciət etmişdilər. Lakin Türkiyə tərəfi bu ölkələrin terrora dəstək göstərdiklərinə görə, NATO-ya qəbuluna müəyyən şərtlərin yerinə yetirilməsinə qədər veto qoydu.
Finlandiya şərtləri yerinə yetirdiyinə görə, Türkiyə hökuməti onların alyansa qəbuluna razılıq verdi. Lakin İsveç nəinki bu şərtlərə əmək etməti, hətta həyasızcasına Türkiyəni qıcıqlandıra biləcək hərəkətlərə yol verdi. Ona görə də Ankara hələki onların alyansa qəbuluna razılıq vermir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-11-2024