Mobil versiya
Xankəndi-Laçın yolu: Mübarizə 110 gündür davam edir
Tarix: 31-03-2023 | Saat: 08:58
Bölmə:Manşet / Siyasət | çapa göndər

Xankəndi-Laçın yolu:

Azərbaycanlı eko-fəalların Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan dinc etiraz aksiyası davam edir.

aia.az xəbər verir ki, bu gün aksiyanın 110-cu günüdür,

Gecə saatlarında da aksiyanı davam etdirən iştirakçılar növbəti günə adəti üzrə Azərbaycanın Dövlət Himnini səsləndirməklə başlayıblar.

Aksiyanın tələb və şüarları dəyişmə olaraq qalır. Belə ki, asiyada Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsi tələb olunur.

Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldıran iştirakçılar, "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirirlər.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2024